Çərəzlər barədə bəyanat
    Bu saytı və "Technote"un digər platformalarının istifadəsi haqqında daha çox məlumat üçün aşağıdakı şərtləri oxuyun.
    Tanımlamalar
    "Technote MMC", biz: "Technote MMC", Məmməd Araz 20, AP Plaza - hüquqi ünvanına sahibdir
    Platforma: "Technote"un saytı, https://technote.az, və digər (onlayn/rəqəmsal) platformalar.
    Siz, sizin: "Technote" tərəfindən təqdim olunan platformaların və ya digər xidmərlərin istifadəçisi.
    Çərəzlər nədir?
        Platformamızda təklif olunan xidmətlərə görə biz və ya üçüncü tərəflər çərəz yerləşdirə bilərlər. Çərəz brauzerinizin kompüterinizə və ya mobil cihazınıza yerləşdirdiyi kiçik məlumat faylıdır. Çərəzlər “davamlı” və ya “sessiya” tipli ola bilərlər. Davamlı çərəzlər oflayn rejime keçdiyiniz təqdirdə belə kompüterinizdə qalmağa davam edir, sessiya çərəzləri isə veb brauzeri bağladıqdan sonra silinir. Üçüncü tərəflərin çərəzləri isə platformalarda üçüncü tərəflərə aid reklamlar yerləşdirildikə aktivləşir. Onlar sizin brauzer fəaliyyətiniz barədə məlumat toplayır və sizi müxtəlif saytlar arasında izləməyə imkan verir.
    Biz hansı çərəzləri istifadə edirik?
        Platformamızdakı istifadəçi təcrübənizi optimallaşdırmaq və ya növbəti dəfə Platformamıza daxil olduqda cihazınızı tanımaq üçün istifadəçi seçimləriniz kimi şəxsi olmayan məlumatları yadda saxlamağımız üçün çərəzlərlərdən istifadə edirik. Bəzi çərəzlərdə şəxsi məlumatlarınız var: məsələn, platformaya daxil olduqda “məni yadda saxla” düyməsinə sıxdıqda, çərəzlər istifadəçi adınızı yaddaşında saxlayır.
    Çərəzləri Platformamızda yerinə yetirdikləri rola görə aşağıdakı kimi təsnif etmək olar:
    • Funksional çərəzlər - Platformamızdan istifadə və hərəkət edən zaman, eləcə də Platformamızın düzgün işləməsini təmin etmək üçün vacibdir.
    • Analitik çərəzlər - Platformanın istifadəsini optimallaşdırmaq üçün istifadəçilərin fəaliyyətləri (məsələn, ən çox baxdığınız səhifələr) barədə məlumat toplamaq üçün istifadə olunur.
    • Reklam çərəzləri saytdakı uzun müddətli fəaliyyətinizi müxtəlif saytlar arasından izləmək üçün istifadə olunur. Bu çərəzlər öz maraqlarına uyğun olaraq fərdi istifadəçi profilləri yaradırlar. Bu maraqlara əsaslanaraq veb saytımızdakı reklamların məzmunu fərqli istifadəçi qrupları üçün uyğunlaşdırılacaqdır.
    • Sosial çərəzlər seçilmiş sosial media saytlarının istifadəçiləri tərəfindən platformadan birbaşa məzmun paylaşmaq üçün istifadə olunur.
    Gözlənilməz çərəzlər
        İnternetin və veb saytların işləmə mexanizmlərinə görə, Platformamızda üçüncü tərəf tərəfindən yerləşdirilən bir çərəzi gözdən qaçırmış ola bilərik. Əgər yuxarıda göstərilən çərəzlər siyahısında olmayan çərəz tapsanız, bizə bildirin.
    Razılaşma
       Çərəz bildirişlərindəki "razıyam" düyməsini sıxmaqla və ya Platformadan istifadə etməyə davam etməklə Platformamız tərəfindən çərəzlərin yerləşdirilməsinə və məlumatları oxumasına razılığınızı verirsiniz.
    Çərəzlərdən imtina edilmə
       Kompüterinizdə və ya mobil cihazınızda qurulan çərəzləri idarə etmək üçün brauzerinizdəki parametrlərdən istifadə edə bilərsiniz. Daha çox məlumat əldə etmək üçün istifadə etdiyiniz veb brauzerinizdə mövcud olan çərəz parametrlərinə baxın. Aşağıdakı bağlantılar sizi birbaşa brauzerinizin tənzimləmələrinə daxil olmağınıza yönləndirəcəkdir.
       Əlavə olaraq, tərəflərin yerləşdirdikləri çərəzləri silmək və ümumiyyətlə çərəzlər haqqında daha çox məlumat əldə etmək üçün www.youronlinechoices.eu saytına daxil ola bilərsiniz. Ancaq xahiş edirik unutmayın ki, çərəzlər Platformanın fasiləsiz fəaliyyət göstərməsi üçün vacibdir. Əgər brauzerinizdəki çərəzlərdən istifadədən imtina etsəniz, Platformanın bəzi xüsusiyyətlərindən istifadə edə bilməyəcəksiniz.
    Google Analytics
       "Google Analytics" və "Google Remarketing Analytics" "Google" şirkətinin ("Amfiteatr Parkway, Mountain View, CA 94043", ABŞ) xidmətidir. "Google Analytics" veb saytımızın "Google" tərəfindən istifadəsini təhlil etməyə imkan verən çərəzlərdən istifadə edir. Veb saytımızın istifadəsi (IP adresiniz daxil olmaqla) barədə anonim olaraq çərəz tərəfindən toplanmış məlumatlar ABŞ-dəkı "Google" serverinə ötürülür və orada saxlanılır. Daha çox məlumat üçün "Google"un məxfilik siyasəti barədə ətraflı məlumat əldə etmək üçün aşağıdakı bağlantıdan oxuyun: https://support.google.com/analytics/answer/6004245?hl=en
        Siz "Google"un və Saytımızın Çərəzlər vasitəsilə topladığı məlumatları (IP adresiniz daxil olmaqla) istifadə etməsini əngəlləyə bilərsiniz. "Google Analytics" və məxfilik haqqında daha çox məlumat üçün http://tools.google.com/dlpage/gaoptout?hl=en ünvanına müraciət edin.
    Sosial şəbəkə plaqinləri
        Platformamızda "Facebook", "X", "LinkedIn", "Instagram" və "Pinterest" də daxil olmaqla müxtəlif sosial şəbəkələrdən sosial plaqinlərdən ("plugins") istifadə olunur. Bu plaqinlərin köməyi ilə məzmun paylaşa və ya məhsul təklif edə bilərsiniz. Plaqinlər standart olaraq deaktiv edilir və buna görə heç bir məlumat göndərmir.
        "Sosial Medianı Aktivləşdir" düyməsini sıxaraq plaqinləri aktivləşdirə bilərsiniz. Bu plaqinlər həmçinin eyni əməliyyatı yerinə yetirməklə deaktiv edilə bilər. Bu plaqinlər aktiv olduqda, sizin brauzeriniz Platformamızın hər hansı xidmətinə daxil olduqda birbaşa sosial şəbəkələrin serverləri ilə əlaqə yaradır. Plaqinlərin məzmunları birbaşa sosial şəbəkədən brauzerinizə ötürülür və Platforma tərəfindən inteqrasiya olunur. Sosial şəbəkələrin aktiv plaqinlər vasitəsilə sizin haqqınızda məlumat toplamağını istəmirsinizsə, sosial şəbəkələrin plaqinlərini silə və ya brauzerinizin parametrlərində "Üçüncü tərəf çərəzlərini bloklayın" bölməsini seçə bilərsiniz.
    Çərəz Bəyanatına dəyişikliklər
        Bu bəyanat zaman-zaman dəyişdirilə bilər. Yeni bəyanat dərc edildikdən dərhal sonra qüvvəyə minəcəkdir. Çərəzlərdən necə istifadə etdiyimiz barədə məlumatlı olmaq üçün bəyanatlarımızı tez-tez yoxlayın.
        Bu bəyanat sonuncu dəfə 23 avqust 2023-cü il tarixində yenilənmişdir.
    Bu bəyanat yalnız Azərbaycan Respublikası qanunları ilə tənzimlənir. Bu bəyanat ilə əlaqədar yarana biləcək hər hansı mübahisə yalnız Azərbaycan Respublikasındakı səlahiyyətli məhkəmələrə göndəriləcəkdir.