Sosial Media
Filterlə
X Twitter.com domenindən tamamilə ayrılır
X şirkəti twitter.com domeni ilə əlaqəni tamamilə dayandırmaq mərhələsinə yaxınlaşır. İki faktorlu autentifikasiya metodu kimi fiziki təhlükəsizlik açarlarından və ya passkey-lərdən istifadə edən istifadəçilər hesablarına çıxışı saxlamaq üçün bu alətləri 10 noyabra qədər yenidən qeydiyyatdan keçirməlidirlər.
WhatsApp-da hər bir çat üçün yaddaş həcmini idarə etmək mümkün olacaq
Meta şirkəti WhatsApp messencerində yeni bir funksiyanı sınaqdan keçirir - bu funksiya hər bir çat üçün yaddaşda tutulan həcmi ayrıca idarə etməyə imkan verəcək.
Instagram-da Reels videolarının baxış tarixçəsi imkanı istifadəyə verilib
Instagram yeni Watch history funksiyasını istifadəyə verib. Bu funksiya daha əvvəl baxılmış bütün Reels videolarını görməyə imkan yaradır. Bu barədə platformanın rəhbəri Adam Mosseri məlumat verib.
Hüquqşünaslar Meta şirkətinə yeniyetmələrin psixi sağlamlıqları ilə bağlı tədqiqat məlumatlarını gizlətməyi məsləhət görüblər
Meta şirkətinin hüquqşünasları əməkdaşlara sosial şəbəkələrin yeniyetmələrin psixi sağlamlıqlarına zərərli təsirləri barədə məlumatların yer aldıqları tədqiqat hissələrini gizlətməyi və ya silməyi tövsiyə ediblər - bunu Vaşinqton məhkəməsi müəyyən edib.
YouTube Shorts-dan asılılığı azaltmaq üçün limit təyini funksiyası istifadəyə verilib
YouTube-da istifadəçilərin Shorts videolarına sərf etdikləri vaxtı idarə etməyi asanlaşdıran yeni funksiya istifadəyə verilib. İndi mobil cihaz sahibləri gündəlik limit təyin edə biləcəklər.
YouTube yeni funksiyası ilə deepfake-lərə müharibə elan edib
YouTube “Likeness detection” adlı yeni funksiyanın tam işə salındığını elan edib. Bu funksiya kontent müəlliflərinə süni intellekt vasitəsilə yaradılmış və onların səsini və ya üzünü əks etdirən videoları YouTube-da tapmağa, belə videolara nəzarət etməyə və onların silinməsi üçün müraciət göndərməyə imkan verəcək.
WhatsApp ekran paylaşma funksiyası vasitəsilə dələduzluq halında istifadəçini xəbərdar edəcək
WhatsApp, istifadəçinin tanımadığı biri ilə videozəng zamanı ekran paylaşma funksiyasını aktivləşdirməyə çalışdıqda müdaxilə etməyə başlayacaq. Bu funksiya dələduzlar tərəfindən onlayn bank hesabına giriş məlumatlarını və ya təsdiqetmə kodunu ələ keçirmək məqsədilə sui-istifadə oluna bilər.
Meta AI istifadəçilərə fotolarını redaktə etməyi və sosial şəbəkədə paylaşmağı təklif edəcək
Meta Platforms şirkəti öz süni intellekt botu Meta AI üçün yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu funksiya istifadəçilərin smartfonlarında saxlanılan, lakin hələ sosial şəbəkələrdə paylaşılmamış şəkillərdə dəyişikliklər təklif etməyə imkan verəcək.
Həftənin xəbərləri