Araşdırmalara görə, İngiltərədə təxminən 40 milyon iCloud abunəçisi var. Bu abunəçilər öz ehtiyaclarına uyğun paketlər alır və bulud yaddaş sahəsinə malik olurlar. "Which?"ə görə, Apple müştəriləri iCloud-a məcbur edir, həm haqsız qazanc əldə edir, həm də rəqabətə zidd davranır. "Which?"in CEO-su Anabel Hoult, bu iddia ilə texnologiya nəhənglərinin ingilisləri aldada bilməyəcəyini anlamaları lazım olduğunu deyib.
Açılan iddia ilə bağlı açıqlama verən Apple sözçüsü bütün ittihamları rədd edib. Heç bir istehlakçının iCloud almağa məcbur olmadığını bildirən sözçü, Apple-ın üçüncü tərəf bulud həllərinə dəstək verdiyini xatırladıb. Lakin "Which?" iddiasında israrlıdır və qalib gəldikləri halda Apple-ın 3 milyard funt cərimə ödəyə biləcəyini qeyd edir. İddia uduzulduğu halda Apple, İngiltərədəki müştərilərinə hər biri üçün 70 funta qədər ödəniş edə bilər.
Lakin bu iddia hələ olduqca ilkin mərhələdədir. Hüquqşünaslar, iddianın bir neçə ildən tez həll ediləcəyini düşünmürlər. Ancaq gələcəkdə bu tip iddiaların sayının artacağına inanılır. Görək, bu iddia gələcək illərdə necə nəticələnəcək.