Apple, iPad Pro-nun təqdimatında yayımladığı reklam çarxına görə üzr istəyib!
Digər
10.05.2024
Farid Pardashunas
Apple, yeni iPad Pro-nu tanıtmaq üçün çəkdiyi "Crush" adlı reklam çarxına görə tənqid hədəfinə çevrilib. Apple reklamda niyyətlərini əks etdirə bilmədiyi üçün izləyicilərdən üzr istəyib.
Şirkətin marketinq kommunikasiyaları üzrə vitse-prezidenti Tor Myhren verdiyi açıqlamasında "Apple-da yaradıcılıq bizim DNT-mizdə var və bütün dünyada yaradıcıları gücləndirən məhsullar dizayn etmək bizim üçün inanılmaz dərəcədə vacibdir... Bu video ilə yanlış hədəfi seçmiş olduq və buna görə, üzr istəyirik." sözlərini deyib. "Crush" adlanan reklam Apple-ın YouTube kanalında və CEO Tim Cook-un X hesabında milyonlarla izlənmə sayına çatıb və hələ də platformalarda yayımlanmağa davam edir. Digər tərəfdən, Apple bu reklamı TV-də yayımlamağı planlaşdırırdı, lakin bu planların ləğv edildiyi bildirilir.
Yeni iPad Pro, Apple-ın indiyə qədər istehsal etdiyi ən incə məhsuldur və tamamilə yeni M4 çipi ilə gəlir. Apple-a görə, süni intellektdən nəticə çıxarma və ümumi performans baxımından əhəmiyyətli qazanclar təqdim edən iPad Pro, məhsuldarlıq proqramlarını asanlıqla idarə etmək üçün kifayət qədər güclüdür. Reklamın alt mətnində isə "Bütün bunları edə bilən bir cihaz" olaraq qeyd olunmuşdu. Bundan əlavə, reklam çarxının LG-nin 16 il əvvəl yayımladığı reklama çox bənzəməsi də qınaq obyektlərindən birinə çevrilib.
Apple bir müddətdir ki, yaradıcılıq qabiliyyətinin olmaması ilə bağlı tənqidlərə məruz qalır. Şirkət əvvəllər olduğu kimi insanları həyəcanlandıran yeni məhsullar istehsal etməkdə çətinlik çəkir. Hətta Vision Pro belə, satışa çıxdıqdan bir neçə ay sonra gözləniləndən daha tez bir müddətdə bütün istifadəçi marağını itirdi. iPhone daxil olmaqla, bütün əsas kateqoriyalar üzrə satışlar əvvəlki dövrlərlə müqayisədə aşağı düşüb. Təbii ki, şirkət hələ də mobil dünyanın zirvəsindədir, lakin Apple-ın mühüm sahələrdə (süni intellekt) və uğursuz layihələrdə (Apple Car) geridə qalmağı investorları narahat edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple qatlana bilən cihazlar üçün şarnir konstruksiyasını patentləşdirib
Apple qatlana bilən cihazlar üçün şarnir konstruksiyasını patentləşdirib
Apple şirkətinin hələ keçən ilin oktyabr ayında ABŞ Ticarət Nişanları və Patentləri Agentliyinə (USPTO) göndərmiş olduğu patent sorğusunda qatlana bilən cihazlar üçün nəzərdə tutulmuş şarnir konstruksiyası təsvir olunmuşdu.
Apple M4 prosessoru Geekbench 6 testindən keçib
Apple M4 prosessoru Geekbench 6 testindən keçib
Apple şirkəti M4 adlı yeni prosessorunu təqdim edəndən sonra onun Geekbench 6 bençmarkının testindən keçdiyi məlum olub.
Tim Cook-un təqdimat zamanı iPad ilə dizayn edilmiş xüsusi buraxılış Nike ayaqqabı geyinməyi diqqətə səbəb olub!
Tim Cook-un təqdimat zamanı iPad ilə dizayn edilmiş xüsusi buraxılış Nike ayaqqabı geyinməyi diqqətə səbəb olub!
Apple CEO-su Tim Cook iPad-in dünənki təqdimatında xüsusi buraxılış Nike ayaqqabısı geyinib. “Apple” və “Nike” pərəstişkarlarının heyran qaldığı modelin “iPad” ilə hazırlandığı bildirilib.
Apple, iOS 17.5 RC versiyasını təqdim edib: Yeniliklər nələrdir?
Apple, iOS 17.5 RC versiyasını təqdim edib: Yeniliklər nələrdir?
Apple, mayın 7-də iPad tədbirindən dərhal sonra iPhone üçün iOS 17.5 RC versiyasını təqdim edib. Bu iOS 17.5-in son versiyası ilə eyni versiya hesab olunur. Bəs, nə kimi yeniliklər var?
Apple Pencil Pro stilusu təqdim edilib
Apple Pencil Pro stilusu təqdim edilib
Apple şirkəti dünən yeni iPad Pro və iPad Air planşetləri ilə yanaşı həmçinin Apple Pencil Pro stilusunu da təqdim etdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!