Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
Digər
25.07.2024
Emil Nəcəfov
İnnovativ məhsulları ilə müştərilərinin kibertəhlükəsizlik imkanlarını gücləndirməyi hədəfləyən Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini istifadəyə verir. İş tapşırıqlarının məsafədən yerinə yetirilməsi məqsədi ilə əməkdaşlarını smartfon, planşet, əl terminalları və s. mobil cihazlarla təmin edən şirkətlər bu yenilikdən faydalana biləcək.
Yeni həll şirkətdə informasiya təhlükəsizliyinin qorunması, korporativ cihazlar üzərində mərkəzləşdirilmiş idarəetmə və nəzarət sistemi kimi bir çox üstünlükləri özündə cəmləşdirir. Bununla da “Mobil Cihazların İdarə Edilməsi” təşkilatda insan resurslarından səmərəli istifadəni təmin edir və ümumilikdə şirkətdaxili xərclərin optimallaşdırılmasına töhfə verir:
- Təhlükəsizlik: şirkət sirrinin qorunmasını təmin etmək üçün cihazın müəyyən funksiyalarının aktivləşdirilməsi/deaktivləşdirilməsi, cihaz itdiyi/oğurlandığı halda korporativ məlumatların cihazdan dərhal silinməsi və ya cihazın bloklanması imkanı;
- Nəzarət: mərkəzləşdirilmiş idarəetmə, lokasiya nəzarəti, eyni anda bir neçə cihazda müxtəlif əməliyyatlar icra etmək, istifadə hesabatlarını canlı izləmək, şirkət məlumatlarını (fayl, tətbiq və s.) asanlıqla yükləmək/silmək imkanı;
- Məsafədən idarəetmə: yarana biləcək nasazlıqların operativ şəkildə müəyyən edilməsi və aradan qaldırılması, şirkət siyasətinə uyğun olmayan istifadənin qarşısını almaq üçün cihazlara müxtəlif qaydaların tətbiq edilməsi.
Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell Biznes innovativ həlləri ilə abunəçilərinə rəqəmsallaşan biznes mühitində dəstək olmağa davam edəcək.
“Mobil Cihazların İdarə Edilməsi” haqqında ətraflı məlumat üçün: Cihazlarınızın təhlükəsizliyi və onlara nəzarət - "Mobil cihazların idarə edilməsi" | Azercell Biznes
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub
“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmət 2024-cü il üzrə yarım illik hesabatını açıqlayır
“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub
“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub
Azercell-in təşəbbüsü ilə yaradılan xidmət böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara yardım edir
Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib
Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan lider mobil operator daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmağa və müştərilərə əlçatan olmağa davam edir
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!
Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan məktəblilər Mərkəzi Avropa İnformatika Olimpiadasında 1 gümüş və 1 bürünc medalla təltif ediliblər
“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu
“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu
Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniya 1000-dən çox müsabiqə iştirakçısı arasında qalib seçilib
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!