“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi!
Digər
16.02.2024
Emil Nəcəfov
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell Biznes” tətbiqində özünəxidmət funksiyalarını genişləndirir. Korporativ abunəçilərin məsul şəxsləri tərəfindən idarəolunan bu tətbiq vasitəsilə nömrələr üzərində aparılan əməliyyatları indi daha rahat və operativ şəkildə həyata keçirmək mümkündür.
Rəqəmsal yenilikləri hər kəs üçün əlçatan etməyə çalışan şirkət bu platforma çərçivəsində mühüm yenilik təqdim edir. Belə ki, artıq görmə qabiliyyəti məhdud olan şəxslər də tətbiqdən rahatlıqla yararlana bilərlər. Bunun üçün Android cihazlarda “TalkBack”, iPhone-larda isə “VoiceOver” funksiyasını aktivləşdirmək kifayət edir.
Eyni zamanda, korporativ yönümlülüyü, funksionallığı və innovativ dizaynı ilə seçilən “Azercell Biznes” bir çox yeni xidmət çeşidini təklif edir:
- Mükəmməl istifadəçi təcrübəsi üçün “Qaranlıq rejim”dən yararlanmaq imkanı;
- Ödəniş tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;
- Hədiyyə qismində göndərilən balans (“Paycell”) tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;
- Zənglərin yönləndirilməsi xidmətindən yararlanmaq imkanı;
- “Gizlicell”/”Gizlətcell” xidmətlərindən yararlanmaq imkanı;
- Bildirişləri aktiv etmək və idarə etmək imkanı – tətbiq çərçivəsində daxil olan bildirişləri silmək, “oxunmuş” kimi işarələmək, bildirişləri aktiv/deaktiv etmək və s. mümkündür;
- Korporativ nömrələrdə müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün tələb olunan məktub nümunələrinin yüklənilməsi imkanı;
- Rəqəmsal jurnal vasitəsilə xüsusi təkliflər, ən son yeniliklər barədə daima xəbərdar olmaq, məlumatları birbaşa tətbiqdən digərləri ilə paylaşmaq və yükləmək imkanı;
- Tətbiqin “Kömək və dəstək” bölümündə “Tez-tez verilən suallar”a cavablarla tanış olmaq, korporativ abunəçilər üçün ayrılmış xüsusi dəstək bölümü və onlayn müştəri xidmətləri ilə əlaqə saxlamaq imkanı.
Xatırladaq ki, platforma müştəri məlumatlarının məxfiliyini və əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Belə ki, tətbiq daxilində paylaşılan bütün mesajlar, ödəniş detalları, fayllar və məlumatlar ən müasir şifrləmə texnologiyası vasitəsilə qorunur. Müxtəlif istifadəçi bazasına xidmət edən rəqəmsal platforma Azərbaycan, rus və ingilis dillərini dəstəkləyir.
Korporativ nömrələri vahid məkandan idarə etmək imkanı verən “Azercell Biznes” tətbiqini ödənişsiz əsaslarla "AppStore", "Google Play" və "AppGallery"dən yükləmək mümkündür.
Tətbiqin bütün funksiyaları ilə Azercell Biznes səhifəsinə keçid edərək tanış ola bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell abunəçilərinin nəzərinə (DƏLƏDUZLUQ)
Azercell abunəçilərinin nəzərinə (DƏLƏDUZLUQ)
Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilər son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur.
“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində
“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində
Azercell-in həyata keçirdiyi layihə bölgə əhalisini onlayn təhlükələr haqqında maarifləndirir.
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb
Azercell “Tələbə Təqaüdü 2024” proqramının qaliblərini açıqlayıb
“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib
“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib
“Azercell”in dəstək olduğu “WikiTeam for ICT” layihəsi çərçivəsində “Wikipedia”ya İKT ilə bağlı azərbaycan dilində 600-dən çox məqalə daxil edilib.
“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı!
“Qızlara ağ yaraşır” beynəlxalq jurnalistlərdən mükafat qazandı!
Azercell və Azərbaycan Cüdo Federasiyasının ortaq layihəsi Azərbaycan reklam və marketinq tarixində ilk dəfə olaraq “Epica Awards” mükafatına layiq görüldü.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!