main-post-cover

    Azercell-in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

    Digər
    18.04.2025
    Emil Nəcəfov
         5 aprel tarixində Azercell-in dəstəyi ilə həyata keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi baş tutub. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışmanın yekun mərhələsi ADA Universitetində keçirilib. Müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
        İştirakçılar Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində işləyiblər. Müsabiqənin final mərhələsində yarışmaya vəsiqə qazanmış 4 komanda hazırladıqları biznes həllərini münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə nəticəsində birinci yerin qalibi Team 16 (ADA Universiteti) komandası elan edilib. İkinci yerin sahibi Team 20 (Azərbaycan Dövlət İqtisad Universiteti), üçüncü yerə isə Team 14 (Azərbaycan Dövlət İqtisad Universiteti) layiq görülüb. Qalib komandalar müvafiq olaraq 8000 AZN, 4000 AZN və 2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.
         Qeyd edək ki, layihəyə yanvar ayında start verilib və ümumilikdə 91 komanda qeydiyyatdan keçib. Müsahibə mərhələsindən uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC sessiyalarında iştirak etmiş, onlardan 16-sı yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    “Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
    baki-marafonu-2025-azercell-telekomun-ekskluziv-terefdasligi-ile-kecirilecek
    “FarmHER” layihəsi uğurla başa çatdı
    farmher-layihesi-ugurla-basa-catdi
    Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir
    azercell-ve-azerbaycan-milli-paralimpiya-komitesi-emekdasligi-davam-etdirir
    Azercell-in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olundu
    azercell-in-desteyi-ile-informatika-fenni-uzre-bahar-dusergesi-teskil-olundu
    Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95%-ə çatıb
    oten-il-azercell-in-telefon-merkezinin-musteri-memnuniyyeti-indeksi-95-e-catib