
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Digər
16.07.2025
Emil Nəcəfov
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) 2025-ci ilin yanvar-iyun ayları ərzində 2173 müraciət daxil olub.
Müraciətlər arasında psixoloji dəstəklə bağlı sorğular (497) üstünlük təşkil edib. Bununla yanaşı, hüquqi yardım üzrə 392, sosial məsələlərlə bağlı 378, təhsil üzrə 96, səhiyyə ilə əlaqədar 24 müraciət qəbul edilib. 750-dən çox zəng isə ümumi xarakterli sualları, xidmət haqqında məlumat sorğularını və digər müxtəlif mövzuları əhatə edib.
15-18 yaşlı yeniyetmələrdən gələn 1345 sorğu müraciətlərin əksəriyyətini təşkil edib. Qalan sorğuların 502-si 11-14 yaşlı, 326-sı isə 10 yaşadək uşaqlarla bağlı olub.
Bu müddət ərzində 78 ailə mərkəzə dəvət olunaraq, hüquqi, psixoloji və psixososial dəstəklə təmin olunub. Ümumilikdə, 300-dən çox sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Həmçinin təcili müdaxilə tələb edən hallar üzrə 73 məktəb və ailəyə təxirəsalınmaz səfərlər baş tutub.
Hesabat dövrü ərzində xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əməkdaşları Bakı, Sumqayıt və Abşeron üzrə üç peşə məktəbi, doqquz orta məktəb və bir Gənclər evində maarifləndirmə tədbirləri keçiriblər.
2010-cu ildə yaradılan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini “Azercell Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin idarəçiliyi ilə davam etdirir.
24/7 rejimdə fəaliyyət göstərən Qaynar Xəttə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı (ushaqqaynarxetti@gmail.com), Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı üzərindən müraciət etmək mümkündür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
28 məktəbli beynəlxalq olimpiadalara hazırlıq proqramına vəsiqə qazandı
Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir

Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir
Azercell və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” növbəti mərhələsini uğurla tamamlayıb.
Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu

Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
"Azercell Telekom" MMC telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan TeleManagement Foruma (TM Forum) rəsmi üzv olub.
Azercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq mükafata layiq görülüb

Azercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq mükafata layiq görülüb
Kampaniya 4 nominasiya üzrə finala yüksələrək iki medalla təltif olunub
Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan 30%-lik xüsusi endirim!

Azercell “Premium” abunəçilərinə PAŞA Sığortadan 30%-lik xüsusi endirim!
“Azercell Telekom” MMC və “PAŞA Sığorta” ASC arasında tərəfdaşlıq çərçivəsində “Premium” tarif paketinin istifadəçilərinə eksklüziv kampaniya təqdim olunur.
Həftənin xəbərləri

