Azercell-in dəstəyilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək
Digər
19.04.2024
Farid Pardashunas
“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
Adı çəkilən sahələrdə baza biliklərinə sahib olan tələbələr üç nəfərlik qrup formalaşdıraraq ərizələrini https://hackathon.ufaz.az/registration/ platformasında may ayının 6-dək təsdiq etməlidirlər. İlkin dəyərləndirmə prosesi bitdikdən sonra 30 komanda hakatonun final mərhələsində ozünü sınamaq imkanı əldə edəcək. Hakaton 18-19 may tarixlərində UFAZ-da baş tutacaq və qaliblər may ayının 27-də açıqlanacaq. İlk üç yerin sahibləri dəyərli hədiyyələrlə təltif olunacaqlar.
Azercell və UFAZ-ın birgə səyləri nəticəsində ərsəyə gələn bu layihə texniki bilikləri və innovativ ideyaları ilə seçilən istedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına öz töhfəsini verir. Qeyd edək ki, “Techcell” bu tərəfdaşlıq çərçivəsində həyata keçən sayca üçüncü hakatondur.
Tələbələr hakaton haqqında daha ətraflı məlumat, qiymətləndirmə meyarları və qeydiyyat qaydaları ilə https://hackathon.ufaz.az saytında tanış ola, bütün suallarını info@ufaz.az elektron ünvanı vasitəsilə təşkilatçılara yönləndirə bilərlər.
“Azercell Telekom” MMC hakatonun bütün iştirakçılarına uğurlar arzu edir!
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
“M360 Eurasia 2024” Bakıda qabaqcıl texnoloji şirkətlərin liderlərini yenidən bir araya gətirəcək
Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır
Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır
Ölkənin ən böyük vergi ödəyicilərindən biri olan Azercell 2023-cü ildə dövlət büdcəsinə 167 milyon AZN, 27 il ərzində isə ümumilikdə təxminən 2,4 milyard AZN ödəniş edib, ölkədə telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları, 1996-2023-cü illər ərzində isə 1.9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq
“Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutacaq
May ayının 5-i Heydər Əliyev Fondunun təşəbbüsü, “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu - 2024” keçiriləcək.
Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir
Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir
Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə mobil operator 2023-cü ilidə də abunəçilərə daha çevik müştəri təcrübəsi imkanları yaratmaq məqsədilə bır sıra yeni məhsul və həllər təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!