Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
Digər
29.09.2025
Emil Nəcəfov
Azercell Telekom gənc qızların İT və İKT sahəsində inkişafını təşviq etmək istiqamətində fəaliyyətini davam etdirir. Ötən il start verilən “Uğur qızlarımızındır” təşəbbüsünün davamı olaraq, bu il də Kompüter elmləri və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə ən yüksək bal toplayan tələbə qızlarla xüsusi görüş keçirilib.
Tələbələri təbrik edən Azercell-in Hüquq və Data Strategiyası üzrə Baş direktoru Şirin Əliyeva deyib: “Gənc qızların İT sahəsində uğurları onların şəxsi nailiyyəti olmaqla bərabər, həm də ölkənin rəqəmsal gələcəyinə verdikləri töhfədir. Azercell olaraq biz onların bu yolda daha da irəliləməsi üçün yeni imkanlar yaratmağa və potensiallarını reallaşdırmalarına dəstək olmağa hazırıq.”
Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası, xüsusilə qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib: “Azercell üçün təhsilə, habelə bilik və bacarıqların artırılmasına dəstək vermək əsas prioritetlərdəndir. Biz inanırıq ki, bu təşəbbüslə gənclərin potensialını üzə çıxarmaq və onların İT sahəsində inkişafına yardım göstərmək mümkündür.”
Görüşdə tələbələrə dəyərli hədiyyələr və “DigiMax 10” tarif paketinə bir illik abunəlik təqdim olunub.
Azercell uzun illərdir təqaüd proqramları, təcrübə imkanları və müxtəlif sosial layihələr vasitəsilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək göstərir və onların peşəkar mütəxəssis kimi formalaşmasına töhfə verir.
Azercell bu il ali məktəbə qəbul olmuş bütün tələbələri təbrik edir, onlara uğurlar arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, “Azercell Telekom” MMC xeyiryyəçi təşəbbüslərə dəstəyini davam etdirir.
Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşdı
Azercell-in “DataMinds Bootcamp” proqramı uğurla yekunlaşdı
Yüksək nəticə göstərən 11 iştirakçı Azercell-də işə qəbul və təcrübə imkanı əldə edib
Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
“Wingz” ilə əməkdaşlıq çərçivəsində skuterdə gediş haqqını mobil balans vasitəsilə ödəmək mümkün oldu
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Abunəçilərinə ən yüksək müştəri təcrübəsi təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlərin nəticələrini açıqlayıb. Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 95%, əhali əhatəsi isə 98,4% təşkil edir.
Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı müvəffəqiyyətlə başa çatdı
Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı müvəffəqiyyətlə başa çatdı
31 avqust - 5 sentyabr 2025-ci il tarixlərində Azercell-in telekommunikasiya tərəfdaşlığı ilə 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçirilib.
Həftənin xəbərləri