main-post-cover

    Azercell şəkili qadın sahibkarları dəstəkləyir

    Digər
    06.02.2025
    Emil Nəcəfov
         Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
         “Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı” çərçivəsində biznesini inkişaf etdirmək istəyən 23 qadın ixtisaslaşmış təlimlərdə iştirak edib. Beynəlxalq təcrübəyə əsaslanan bu proqram biznesin idarə edilməsi, sahibkarlığın hüquqi və maliyyə aspektləri kimi mövzuları əhatə edib.
       Yiyələndikləri nəzəri biliklərlə yanaşı, iştirakçılar müxtəlif biznes müəssisələrinə səfərlər edərək uğurlu sahibkarlarla görüşmək və praktiki təcrübə qazanmaq imkanı da əldə ediblər. Layihənin sonunda  proqram iştirakçıları biznes planlarını hazırlayaraq  gələcək fəaliyyətlərini daha da peşəkar şəkildə idarə etməyi öyrəniblər. 
         Proqramı uğurla tamamlayan hər bir iştirakçıya müvafiq sertifikat təqdim olunub.
        Azercell-in 2024-cü ilin avqust ayında elan etdiyi  bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləyərək ölkənin dayanıqlı inkişafına töhfə verməkdir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır
    azerbaycan-usaq-qaynar-xett-xidmeti-2024-cu-il-uzre-hesabatini-aciqlayir
    Azercell-dən “Gənclər Günü”nə özəl təklif!
    azercell-den-gencler-gunune-ozel-teklif
    Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi
    azercell-in-desteyi-ile-bakida-dayaniqli-inkisaf-hakatonu-kecirildi
    Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir
    azercell-ve-ada-universiteti-ideya-inkubasiyasi-proqraminin-novbeti-etapina-start-verir
    Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində
    azercell-ai-chat-bot-artiq-ios-istifadecilerinin-de-xidmetinde