
Azercell və ADA Universiteti Fondunun tərəfdaşlığı çərçivəsində “TechFront” akademiya-sənaye görüşü keçirildi
Digər
06.05.2025
Emil Nəcəfov
Azercell və ADA Universiteti Fondunun (ADAF) tərəfdaşlığı ilə “TechFront: Texnologiyanın Sərhədlərini Kəşf Et” mövzusunda Akademiya-Sənaye görüşü baş tutdu. Tədbir çərçivəsində süni intellekt, proqram mühəndisliyi və kibertəhlükəsizlik sahələrindəki son tendensiyalar gündəmə gətirildi. Eyni zamanda, tədbir gənc startap və texnologiya mütəxəssislərin bilik mübadiləsi üçün effektiv platforma rolunu oynadı.

“Risklər və təhlükəsizlik tədbirləri: Gələcəyi necə qoruyaq?” mövzusuna həsr olunmuş paneldə Azercell-in Məlumat Təhlükəsizliyi və İnsidentlərin İdarə Edilməsi bölməsinin rəhbəri Elnur Quluzadə və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Samir Fətəliyev forum iştirakçılarını rəqəmsal təhlükəsizlik mədəniyyəti, informasiya sistemlərinin davamlılığı və qabaqlayıcı təhlükəsizlik tədbirləri barədə maarifləndirdilər.

“Gələcəyə baxış: Bizi nə gözləyir?” mövzusunda keçirilən sessiyalarda isə Azercell-in Data Modelləşdirilməsi üzrə aparıcı mütəxəssisləri Süleyman Süleymanzadə və Elxan Əlizadə süni intellektin sosial və iqtisadi təsirləri, etik aspektləri və tətbiq sahələri ilə bağlı fikir və təcrübələrini bölüşdülər.
Tədbirdə həmçinin ADA və Corc Vaşinqton Universitetlərinin müəllimləri mövzu ilə bağlı çıxış etdilər. ADA Universitetinin tələbələrindən ibarət startap komandaları isə innovativ layihələrini təqdim etdilər. Forumun sonunda münsiflər heyətinin qərarı ilə “Ən Yaxşı Startap” və “Ən Yaxşı Sual” nominasiyaları üzrə fərqlənən iştirakçılar mükafatlandırıldı.





Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-dən “Bahar” kampaniyası

Azercell-dən “Bahar” kampaniyası
Lider mobil operatordan Xiaomi və OPPO cihazlarını əldə edən müştərilərə “SuperSən” tariflərinə 50% endirim!
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
"Azercell Telekom" MMC bu il də qadınların liderlik, innovasiya və texnologiya sahəsindəki rolunu təşviq edən “SHE Congress”in rəsmi tərəfdaşı və rəqəmsal transformasiya üzrə dəstəkçisi qismində çıxış edir.
Azercell “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb

Azercell “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Employability Week 2025” təşəbbüsündə fəal iştirak edib.
Azercell “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır

Azercell “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır
Azərbaycanın lider mobil operatoru Azercell 2-3 may tarixlərində keçiriləcək “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
Azercell, Elm və Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin ilk seçim turu uğurla başa çatdı.
Həftənin xəbərləri

