
“Baku Flames”in rəsmi festival proqramı artıq açıqlandı!
Digər
15.04.2025
Sabina Rustamli
Reklam, media, əyləncə və marketinq sahəsindən aparıcı və uğurlu şəxsləri bir yerə toplayan “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” təqdimatlar, panel sessiyaları və mükafat gecələri ilə dolu proqramını rəsmi olaraq elan edib. Proqrama əsasən, festival paralel olaraq iki səhnədə keçiriləcək:
- Flame Stage (Jolly Joker Baku) jüri prezidentləri tərəfindən təqdimatlar, panel çıxışlar və mükafatlandırma mərasimlərinə ev sahibliyi edəcək.
- Stone Stage (Daş Salnamə Muzeyi) səhnəsində musiqi və incəsənət sahəsi ilə bağlı çıxışlar, sessiyalar, canlı performanslar baş tutacaq.
Səhər şoularından gecə tədbirlərinə kimi festivalın proqramı yalnızca məlumatlandırmaq və təcrübələri bölüşmək yox, həmçinin ilhamlandırmaq üçün nəzərdə tutulub. İştirakçılar burada beynəlxalq arenada mükafat qazanmış işlərə şahidlik edəcək, qlobal marketinq ekspertlərini dinləyəcək və Bakının yaradıcılıq, incəsənət və əyləncə dünyası ilə tanış olacaq!
Festivalın ilk günündə baş tutacaq (2 may) maraqlı çıxışlar:
- The Art of Persuasion (İnandırma sənəti) — Ali Rez (Baş kreativ direktor, IMPACT BBDO MENAP);
- Will There Be Artificial Creativity? (Süni yaradıcılıq meydana gələcək?) — Alemşah Öztürk (Təsisçi, Ogilvy4129);
- Love Your Limits (Limitlərini sev) — Karolina Galácz (İcraçı kreativ direktor, Café Communications Hungary);
- Exploring Locality for Brands (Brendlər üçün lokallığın kəşfi) — Temur Sadi (Həmtəsisçi, Baş icraçı direktor və Dizayn direktoru, MA'NO Branding);
- “Azercell” və “Sofar Sounds”un dəstəyi ilə xüsusi sessiyalar;
- Süni intellekt ilə yaradıcılığın kəsişməsi haqqında panellər, “Young Lions Azerbaijan” mükafatlandırma mərasimi, muzeydə rok-n-rol konserti və daha çoxu.
Festivalın ikinci günündə baş tutacaq (3 may) maraqlı çıxışlar:
- The Ingredients for Great Brand Moments (Mükəmməl brendin tərkib hissələri) — Shaun Loftman (İcraçı kreativ direktor, Landor);
- The Power of Not 'Normal' Work (Qeyri-adi işin gücü) — Frankey;
- Don’t Wait, Just Make: A Brief Story About Persistence (Gözləmədən həyata keçir: İnadkarlığın qısa hekayəsi) — Eduardo Marques (Baş kreativ direktor, Publicis Groupe Benelux);
- What Makes Brands Unstoppable (Brendləri qarşısıalınmaz edən nədir?) — Əliyar Hüseynov (Regional marketinq direktoru, P&G);
- “m10” və “Birbank”ın təqdimatında xüsusi sessiyalar, muzeydə hip-hop konserti və daha çoxu.
Göründüyü kimi, “Baku Flames” rəsmi festival proqramı ilə regionun ən həyəcanlı yaradıcılıq və effektivlik festivalı olmağı hədəfləyir. Proqramla yaxından tanış olmaq və bilet əldə etmək üçün:
Festival haqqında digər detallar:
Tarix: 2-3 may, 2025
Ünvan: Jolly Joker Baku (Flame Stage), Daş Salnamə Muzeyi (Stone Stage) və Flames Garden
Əlavə məlumat və əməkdaşlıq təklifləri üçün: info@bakuflames.az
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Baku Flames” festivalına müraciət etmək üçün sayılı günlər qalıb!

“Baku Flames” festivalına müraciət etmək üçün sayılı günlər qalıb!
Artıq “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” agentliklər, brendlər, istehsalat şirkətləri, kreativ studiyalar, media platformaları və müstəqil yaradıcılardan qəbul etdiyi müraciətlər üçün son mərhələyə çatıb.
“Baku Flames” festivalının jüri heyətinin rəhbərləri artıq bəllidir!

“Baku Flames” festivalının jüri heyətinin rəhbərləri artıq bəllidir!
Reklam, brendinq, marketinq və bu kimi sahələri bir yerə toplamağı hədəfləyən “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı”na artıq sayılı günlər qalıb.
“Baku Flames 2025” üçün iştirak və müraciət qeydiyyatı başladı!

“Baku Flames 2025” üçün iştirak və müraciət qeydiyyatı başladı!
2-3 may tarixlərində baş tutacaq “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” sənayenin aparıcı mütəxəssislərini, yaradıcı gəncləri və yenilikçi şəxsləri bir yerə toplayacaq.
“Baku Flames” regionun yaradıcılıq səhnəsini işıqlandırmağa gəlir!

“Baku Flames” regionun yaradıcılıq səhnəsini işıqlandırmağa gəlir!
“Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” ilə regionda yaradıcılıq və effektivlik sahəsində yeni bir dövr başlayır. 2025-ci ilin 2-3 may tarixlərində “Jolly Joker Baku”da baş tutacaq festival Azərbaycanın ən mühüm yaradıcılıq tədbiri olmaqla yanaşı, regiondakı kreativ sənayeni yüksəltmək, rəqabəti artırmaq və bu sahələrdəki istedadları tanıtmaq məqsədi daşıyır.
Həftənin xəbərləri

