Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib!
Digər
25.10.2024
Farid Pardashunas
Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.
Bakı Ekspo Mərkəzində keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə festivala dair videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. Nazir STEAM-in tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb və bildirib ki, builki festival şagirdlərdə ətraf mühitin sağlamlaşdırılması barədə fikirlərin formalaşmasına kömək edəcək. Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə iştirak edən BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai öz növbəsində bildirib ki, COP29 ərəfəsində keçirilən builki festivalda əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi mühüm əhəmiyyətə malikdir. Nigar Arpadarai STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.
Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qoşulub və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ daxil olmaqla 15 ölkəni təmsil edir. Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilməsi prosesində 10 ölkədən 17 münsifin iştirak etdiyini bildirib. İqrar Nəzərovun sözlərinə görə, festival çərçivəsində “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzularda 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq.
İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 252 711 şagirdi əhatə etdiyini, 20-dən çox STEAM mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. İqrar Nəzərov həmçinin qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur.
Çıxışlardan sonra iştirakçıların festivala hazırlıq mərhələsini əks etdirən videoçarx təqdim olunub. Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı keçirilib. Açılış mərasimi bədii hissə ilə yekunlaşdırılıb. Qeyd edək ki, festival 24 – 25 oktyabr tarixlərində keçiriləcək. İki gün davam edəcək festivalda iştirakçılar COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilən iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlərə də cəlb olunacaqlar.
Builki festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etməkdir.
Linki kopyala
Steam
steam azerbaycan festivalı 2024
steam azerbaycan festivali
beynəlxalq yaşıl steam azərbaycan festivalı
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda keçirilən beynəlxalq Yaşıl STEAM festivalı nədir? Kimlər yarışır?
Azərbaycanda keçirilən beynəlxalq Yaşıl STEAM festivalı nədir? Kimlər yarışır?
Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 24-25 oktyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı, innovativ layihələri və texnoloji həlləri mərkəzə çəkən mühüm bir tədbirdir.
Bir oyunçu, Steam-də "hesab səviyyəsini yüksəltmək" üçün 500 min dollar xərcləyib!
Bir oyunçu, Steam-də "hesab səviyyəsini yüksəltmək" üçün 500 min dollar xərcləyib!
Dünyanın ən çox istifadə edilən və sevilən oyun platforması Steam, bu günlərdə olduqca maraqlı xəbərlərlə gündəmə gəlib. Belə ki, bir oyunçu, daha sürətli səviyyə keçə bilməsi üçün bir sərvət dəyərində pul xərcləyib.
Steam, nəhayət oyundaxili video qeyd funksiyasını əldə edir!
Steam, nəhayət oyundaxili video qeyd funksiyasını əldə edir!
SteamDB yaradıcısı Pavel Djundik-in sözlərinə görə, Valve, Steam oyunları üçün oyundaxili video qeyd funksiyasını inkişaf etdirir. Artıq oyun videolarını yazmaq üçün üçüncü tərəf proqramlarına ehtiyac olmayacaq.
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023 üçüncü dəfə Bakıda keçiriləcəkdir
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023 üçüncü dəfə Bakıda keçiriləcəkdir
SAF (STEAM Azerbaijan Festival) 2023 – Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkənin və dünyanın təhsilalanları üçün artıq üçüncü dəfə keçiriləcəkdir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!