Bitcoin-in yaradıcısı olduğunu iddia edən adam, ortalığı bir-birinə qarışdırıb!
Digər
01.11.2024
Farid Pardashunas
Bitcoin-in yaradıcısı Satoshi Nakamoto-nun əsl kimliyi uzun illərdir maraq doğurur. Dünən Bakı vaxtı ilə 15:30-da keçirilən görüşdə Nakamoto-nun kimliyinin açıqlanması gözlənərkən proses anidən komediyaya çevrilib.
Satoshi Nakamoto-nun Bitcoin White Paper-ını ilk dərc etməsindən tam 16 il sonra, 31 oktyabr 2008-ci il tarixini qeyd etmək məqsədilə keçirilən mətbuat konfransında Nakamoto-nun əsl kimliyinin açıqlanacağı gözlənilirdi. Lakin tədbirə girmək üçün 500 funt tələb olunanda işin içində qəribə bir məqamın olduğu ortaya çıxıb. Konfransla bağlı detallar, kriptovalyuta bazarı haqqında etibarlı xəbərləri ilə tanınan Joe Tidy tərəfindən paylaşılıb. Tanınmış jurnalist yaşananları rəsmi X (Twitter) hesabında anbaan paylaşaraq, prosesin "əslliyi şübhə altına alınacaq və sübut olduğu iddia edilən sənədlərin açıqlanması" şəklində davam etdiyini bildirib.
Tidy konfransdan xronoloji olaraq belə məlumat verib:
“London-da "Bitcoin-in yaradıcısı Satoshi Nakamoto-nun əsl hüquqi kimliyinin açıqlanması" adı ilə təqdim olunan bir tədbirdəyəm. Təşkilatçının məni içəri buraxmaq və milyarder sirli şəxsə suallar vermək üçün 500 funt ödəməmi istəməsi konfransda qəribə bir atmosfer yaradıb.
Təşkilatçı Charles Anderson səhnəyə çıxdı. Bu tədbiri elan etdiklərindən bəri cəmi 2 saat yatdığını deyir. Dünyanın hər yerindən zənglərlə dolub-daşdığını bildirir. Həmçinin avtomobillər üçün “enerji bərpa sistemləri” ixtira etdiyini iddia edir.”
Tidy prosesi bu şəkildə izah etməyə davam edib:
“Bu tədbirin keçirildiyi prestijli Front Line Club-un nümayəndəsi araya girərək, Charles-ə bunun kluba bağlı və ya dəstəklənən bir tədbir olmadığını açıq şəkildə qeyd etməsini təkid etdi. Bir müxbir çölə çıxdı.
Stephen Mollah adlı bir şəxs səhnəyə çıxdı. Bitcoin-in sirli yaradıcısı Satoshi Nakamoto olduğunu iddia edir. O, əvvəllər də bu iddianı səsləndirmişdi və hazırda bu barədə hüquqi mübahisə içindədir. İndi sübut təqdim edəcəyini deyir. Satoshi və təşkilatçı noutbuklarını işə sala bilmirlər, buna görə tədbiri hələlik oflayn formada davam etdirirlər.
Jurnalistlər (mən də daxil olmaqla) cənab Mollah-ın uzun hekayəsini dayandırıb, vəd etdiyi sübutları göstərməsini tələb etdilər. Təxminən 1 saatdır buradayam və insanlar narahatlıq içindədirlər və getdikcə daha da kobud davranırlar. Cənab Mollah şübhəli auditoriyaya baxarkən yanaqları tez-tez titrəyir.”
Gördüyünüz kimi, 16 illik bir sirrin açılacağı gözlənildiyi halda, bütün konfrans komediyaya çevrilib. Görək, bir gün Bitcoin-in yaradıcısı həqiqətən də üzə çıxacaqmı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bitcoin yüksəliş edərək 73.600 dollar dəyərinə çatıb!
Bitcoin yüksəliş edərək 73.600 dollar dəyərinə çatıb!
Son günlərdə baş verən müsbət inkişaflar Bitcoin bazarını dərhal hərəkətə gətirib. Həftə sonundan etibarən yüksəlməyə başlayan Bitcoin qiyməti 73.600$ səviyyəsinə çatıb.
Həqiqət yoxsa yalan?: HBO-nun sənədli filmində bitcoinin yaradıcısının əsl kimliyi açıqlanıb
Həqiqət yoxsa yalan?: HBO-nun sənədli filmində bitcoinin yaradıcısının əsl kimliyi açıqlanıb
HBO telekanalı “Money Electric: The Bitcoin Mystery” adlı 100 dəqiqəlik sənədli filmi izləyicilərinə təqdim edib. Sözügedən sənədli filmi anons edən zaman telekanal bildirmişdi ki, o, sənədli filmdə bitcoinin Satoshi Nakamoto ləqəbli gizli yaradıcısının əsl kimliyini açıqlayacaq.
HBO-dan tarixi bir açıqlama: Bitcoin-in qurucusunun kim olduğunu müəyyən etdik!
HBO-dan tarixi bir açıqlama: Bitcoin-in qurucusunun kim olduğunu müəyyən etdik!
Kriptovalyutalar deyiləndə ağıla ilk gələn Bitcoin-dir və onun yaradıcısı Satoshi Nakamoto ləqəbi ilə tanınır. Tezliklə yayımlanacaq HBO sənədli filmi isə onun həqiqi kimliyini açıqlaya bilər.
Trump, öz kriptovalyuta birjasını yaradır!
Trump, öz kriptovalyuta birjasını yaradır!
ABŞ-ın keçmiş prezidenti Donald Trump, kriptovalyuta dünyasına addım atmağa hazırlaşır. Keçmiş prezidentin yazısına görə, The DeFiant Ones adlı platforma, Trump Organization tərəfindən idarə olunacaq və maliyyənin gələcəyini yaradacaq.
Daha bir Bitcoin birjası sındırılaraq 235 milyon dollar oğurlanıb!
Daha bir Bitcoin birjası sındırılaraq 235 milyon dollar oğurlanıb!
Bu il kriptovalyuta dünyasından ikinci böyük kiberhücum xəbəri gəlib. Hindistanın ən böyük birjalarından biri olan WazirX, hücumçulara 235 milyon dollar itirib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ