“Kontakt” Gürcüstanın ən böyük mall-larından birində mağaza açdı
Digər
30.09.2025
Emil Nəcəfov
Artıq 4 ildən çoxdur ki, ölkəmizi xaricdə uğurla təmsil edən “Kontakt” Gürcüstanda yeni nailiyyətə imza atdı. Şirkət paytaxt Tbilisinin ən iri və ən çox ziyarət edilən ticarət mərkəzlərindən biri – “East Point”də sayca 5-ci mağazasının açılışını gerçəkləşdirdi.
Cəmi bir neçə gün əvvəl baş tutmuş bu təntənəli açılış tədbirində ziyarətçiləri geniş məhsul çeşidi, xüsusi endirimlər və hədiyyələr sevindirdi. Tərəfdaş brendlərin təşkil etdiyi xüsusi tiraj və sürprizlər açılışa ayrıca rəng qatdı.
Gürcüstanlı müştərilər üçün “Kontakt” mağazaları bir çox səbəblərə görə birinci seçilən ünvandır. Burada həm sərfəli qiymətlər, həm də rahat ödəniş şərtləri təqdim olunur. Müasir və zövqlə qurulmuş atmosfer isə alış-verişi komfortlu və yadda qalan bir təcrübəyə çevirir.
Qeyd edək ki, “Kontakt” 2021-ci ildə Gürcüstan bazarına daxil olub və qısa müddətdə bazarın əsas oyunçularından birinə çevrilib. Azərbaycanda olduğu kimi Gürcüstanda da şəbəkə bir çox qlobal brendlərin rəsmi tərəfdaşı rolunda çıxış edir. Bu 4 ildə “Kontakt” Gürcüstanda alıcılara minlərlə çeşid ilə seçim imkanı yaradıb və daxili faizsiz kredit sistemi təklif edən ölkədəki yeganə şəbəkədir. Şəbəkənin e-ticarət platforması – kontakt.ge isə ayrıca rahat alış imkanlarını təmin edir. Xüsusi olaraq qeyd edilməlidir ki, platforma sürətli çatdırılma xidməti ilə seçilir: Tbilisi və Batumidə çəkisi 15 kiloqrama qədər olan məhsullar cəmi iki saat ərzində ünvanlara çatdırılır.
Xatırladaq ki, hazırda şəbəkə Azərbaycan üzrə ümumilikdə 50-dən çox, Gürcüstanda 5 mağaza, kontakt.az və kontakt.ge onlayn mağazaları ilə fəaliyyət göstərir. Şəbəkə ilin sonunadək həm Tbilisidə, həm də ölkənin digər bölgələrində yeni mağazalar açmağı planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“iPhone 17” üçün gecəyarısı növbəsi: “Kontakt”da satışlar rekorda çatdı
“iPhone 17” üçün gecəyarısı növbəsi: “Kontakt”da satışlar rekorda çatdı
Bu gündən etibarən “iPhone 17” və “iPhone Air” seriyasının Azərbaycanda rəsmi satışlarına start verildi. “Apple”ın ölkəmizdəki rəsmi tərəfdaşı “Kontakt” ən son model “iPhone”ları öz alıcılarına ən tez çatdırmaq üçün isə gecə saat 00:01-də satışlara başladı.
“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - VİDEO
“Kontakt” region məktəbliləri üçün “dərs otaqları” yaratdı - VİDEO
“Kontakt” mağazalar şəbəkəsi sosial məsuliyyətini bu dəfə tamam fərqli addımla göstərir. Belə ki, şəbəkə yeni tədris ilində region mağazalarında xüsusi “dərs otağı” yaradaraq ucqar bölgələrdəki məktəblilərə açıq qapı təqdim edir.
“Kontakt” 28 Mall-a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA
“Kontakt” 28 Mall-a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA
Paytaxtın ən gur nöqtələrindən biri olan 28 Mall bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə tam yeni formatlı 28 Mall mağazasının qapılarını müştərilərinin üzünə açıb.
Köhnə smartfonunu bir kliklə kontakt.az-da dəyərləndir
Köhnə smartfonunu bir kliklə kontakt.az-da dəyərləndir
Sevindirən şəbəkə “Kontakt” alıcılarına smartfon alışında yepyeni – onlayn “Trade-in” xidmətini istifadəyə verir. Artıq “kontakt.az” saytında sadəcə bir neçə kliklə köhnə smartfonunu qiymətləndirmək, dəyərini öyrənmək və üstəlik, yeni cihazı daha sərfəli almaq mümkündür.
“Kontakt” artıq Kürdəmirdə - AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
“Kontakt” artıq Kürdəmirdə - AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
“Kontakt” mağazalar şəbəkəsinin sevindirici xəbəri bu dəfə Kürdəmirdən gəldi – şəhərin mərkəzində yeni “Kontakt” mağazası artıq fəaliyyətə başladı. İlk gündən şəhərə bayram ovqatı gətirən bu mağaza açılışı musiqili dəqiqələr, sürpriz hədiyyələr və böyük endirimlərlə yadda qaldı.
Həftənin xəbərləri