
“Kontakt” Naxçıvan mağazasının açılışını Aygün Kazımova ilə etdi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
Digər
15.05.2025
Emil Nəcəfov
Bu günlərdə Naxçıvan böyük bir hadisəyə ev sahibliyi etdi: çünki “Kontakt” Naxçıvandakı mağazasının qapılarını tam rəsmi şəkildə müştərilərinin üzünə açdı. Uzun zamandır səbirsizliklə gözlənilən bu açılış tədbiri Azərbaycanın pop musiqisinin kraliçası – Aygün Kazımovanın iştirakı ilə daha da yaddaqalan oldu.
Həmin gün “Kontakt” mağazası əsl bayramın, musiqi şousunun mərkəzinə çevrildi. Gecənin ulduz qonağı – xalq artisti Aygün Kazımova səhnəyə çıxdığı andan etibarən tədbirin atmosferi tam fərqli bir hal aldı. Sosial şəbəkələrdə viral olan paylaşımlardan da göründüyü üzrə bu açılış Naxçıvan sakinləri üçün uzun müddət unudulmayacaq xatirəyə çevrildi.
Mağazanın unikal imkanları isə tədbirin təntənəsinə tam uyğun idi. Şəbəkə 1200 m² ərazidə 30.000-dən çox məhsul çeşidi ilə Naxçıvan mağazasında geniş seçim təqdim edir: rəqəmsal texnikadan mebelə, məişət avadanlıqlarından ev tekstilinə qədər hər zövqə uyğun məhsullar artıq buradadır.
Və əlbəttə ki, bütün bu ab-havanı daha da maraqlı edən açılışa özəl kampaniyalar idi. Mayın 18-dək “Kontakt” Naxçıvanda məhsullara nağd alışda 60%-dək endirimlər davam edir. Daha da gözəli isə məhsulun endirimli qiymətini 24 ayadək bölüb hissəli ödəmək də mümkündür. Qısacası, indi Naxçıvan mağazasından təkcə istədiyinizi deyil, onu istədiyiniz kimi ala biləcəksiniz.
Məsələn:
- 128 Gb-lıq iPhone 13 smartfonunu 1380 yox, 1330 manata;
- 140 sm diaqonallı Hisense televizorunu 1250 yox, 750 manata;
- 6 kq həcmə malik Hisense paltaryuyanını 860 yox, 500 manata;
- 205 lt həcmə malik Hoffmann soyuducusunu 600 yox, 360 manata;
- Baza və yataq mexanizmli Nirvana divanını 480 yox, 250 manata ala bilərsiniz.
Artıq Naxçıvanda seçimlər indi daha geniş, alış-veriş isə daha rahatdır. Odur ki, Nəsrəddin Tusi küçəsi 11 ünvanında yerləşən “Kontakt” mağazasında sizi endirim və sevinc dolu anlar gözləyir.
Qeyd edək ki, “Kontakt” bir ildən artıq müddətdir ki, Naxçıvanın istənilən bölgəsinə çatdırılma xidməti göstərir. Beləliklə, mağaza ilə yanaşı, həm də kontakt.az saytı vasitəsilə onlayn çatdırılma xidmətindən istifadə edə bilərsiniz.
Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Kontakt” Elmlərə gəldi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

“Kontakt” Elmlərə gəldi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
Bakının tələbə nəfəsli mərkəzlərindən - Elmlər bu dəfə zəng səsi ilə deyil, sevinci dolu anlarla gündəmə gəlib. Buna səbəb isə sevindirən şəbəkə “Kontakt”ın bir neçə gün əvvəl Elmlər ərazisində ilk mağazasını açması oldu.
“Kontakt”da “Ağlından keçir” – istədiyini 50%-dək endirimlə al.

“Kontakt”da “Ağlından keçir” – istədiyini 50%-dək endirimlə al.
Sevindirən dəyişikliklər bəzən sadəcə ağıldan keçirməklə başlayır. “Kontakt” da bu dəfə fikir oxuyan kampaniya ilə çıxış edir və 50%-dək endirimlə bütün “kaş”ları gerçəyə çevirir.
“Kontakt”da yeni fürsətlər – 50%-DƏK ENDİRİMLƏ AL

“Kontakt”da yeni fürsətlər – 50%-DƏK ENDİRİMLƏ AL
Həyatın axışında elə anlar olur ki, doğru qərar vermək hər şeyi dəyişə bilər. Bu dəfə “Kontakt” mağazalar şəbəkəsi sizə o anları əsl “Fürsətə çevir”məyə dəvət edir. Çünki indi şəbəkənin yeni təklifləri ilə istədiyiniz məhsulları 50%-dək endirimlə əldə etmək fürsətiniz var.
"Kontakt"ın eksklüziv "Heç nə” məhsulu 3 gün içində bitdi.

"Kontakt"ın eksklüziv "Heç nə” məhsulu 3 gün içində bitdi.
Məşhur elektronika şəbəkəsi “Kontakt”ın yeni və unikal "Heç nə" məhsulu qısa zamanda viral olub. Belə ki, şəbəkənin bazara məhdud sayda - sadəcə 500 ədəd olaraq təqdim etdiyi bu məhsulun stokları 3 gün içində tamamilə tükənib.
“Kontakt App” vasitəsilə ödənişlərinizi daha rahat idarə edəcəksiniz

“Kontakt App” vasitəsilə ödənişlərinizi daha rahat idarə edəcəksiniz
Hər zaman yenilikçi yanaşması ilə seçilən “Kontakt” bu dəfə bir çox xidmətləri özündə birləşdirən yeni rəqəmsal platforma istifadəyə verməyə hazırlaşır. Şəbəkənin “Kontakt App” adlı bu yeni tətbiqində loyallıq kartı ilə alış-verişdə üstünlüklər qazanmaq və məhsulları sürətli almaq imkanınız olacaq.
Həftənin xəbərləri

