main-post-cover

    Trump-ın sui-qəsddən xilas olması, Bitcoin-nin dəyərinin artmasına səbəb olub!

    Digər
    16.07.2024
    Farid Pardashunas

         Prezidentliyə namizəd Trump-a qarşı sui-qəsd cəhdi ürəkaçan olmasa da, kriptovalyuta bazarının seçkilərdə hansı tərəfdə olacağı bəlli olub. 

         Son həftələrdə Almaniya hökumətinin cinayət təşkilatlarından əldə etdiyi milyonlarla dollarlıq Bitcoin aktivlərini satmağa başlaması və Mt. Gox Exchange-in 8 milyard dollar dəyərində Bitcoin aktivlərini geri qaytarma prosesi kriptovalyuta bazarı üçün kabusa çevrilib. Keçən həftə bu hadisələrlə yekunlaşdığı kimi, iyulun 13-dən 14-nə keçən gecə prezidentliyə namizəd Donald Trump-a qarşı edilən sui-qəsd hadisəsi bütün dünyanı silkələdi. Trump, sui-qəsddən kiçik xəsarətlərlə sağ çıxsa da, kriptovalyuta bazarına böyük təsir göstərib.
         Donald Trump-ın Bitcoin tərəfdarı açıqlamaları və yaxın həftələrdə bir konfransa qatılacağı xəbəri, kriptovalyuta dünyasını ümidləndirib. Sorğulara görə, sui-qəsd cəhdi Trump-ın prezident seçilmək şansını xeyli artırıb. Bu inkişaf, Bitcoin-in qiymətinə də müsbət təsir edib. Hücumdan əvvəl 56000-57000 dollar aralığında olan Bitcoin, hücumdan sonra yüksəlməyə başlayıb və əvvəlcə 60 min dollar, sonra isə 63 min dollar səviyyələrini qalxıb. Hazırda 62700 dollar civarında olan Bitcoin-in bu hərəkəti altkoinlərə böyük təsir göstərməyib. Digər tərəfdən, Trump-ın hücum sonrası müqavimət hərəkatı və yaralı qulağı ilə bağlı çoxsaylı kriptovalyuta layihələri bazara çıxıb və bir gecədə təxminən 1 milyard dollara yaxın bir həcm yaradıb. Bəzi layihələr isə öz investorlarına yaxşı gəlirlər gətirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu ilin ilk 6 ayı ərzində ümumi 1 milyard dollardan çox dəyərə sahib kriptovalyuta oğurlanıb
    bu-ilin-ilk-6-ayi-erzinde-umumi-1-milyard-dollardan-cox-deyere-sahib-kriptovalyuta-ogurlanib
    Elon Musk ilə bağlı kriptovalyuta dələduzluqları davam edir
    elon-musk-ile-bagli-kriptovalyuta-deleduzluqlari-davam-edir
    Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
    hakerler-50-cent-in-x-deki-hesabini-sindiraraq-yarim-saatda-3-milyon-dollar-qazaniblar
    Donald Trump, bağlatmaq üçün əlindən gələni etdiyi TikTok-da hesab açıb!
    donald-trump-baglatmaq-ucun-elinden-geleni-etdiyi-tiktok-da-hesab-acib
    Donald Trump ikinci dəfə prezident seçiləcəyi halda elektromobil satışlarını dayandırmaq niyyətindədir
    donald-trump-ikinci-defe-prezident-secileceyi-halda-elektromobil-satislarini-dayandirmaq-niyyetindedir