main-post-cover

    Android 15-də smartfonun yerləşdiyi yeri mobil operatorlardan gizlətmək mümkün olacaq

    Əməliyyat sistemləri
    29.03.2024
    Emil Nəcəfov
         Android 15-in beta versiyasında maraqlı yeni funksiya aşkar edilib. Aşkar edilmiş funksiya smartfonun yerləşdiyi yerin təyin edilməsi imkanının bloklanması üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, bu funksiya hətta mobil operatorun Mobile Originated Location Request sorğusu üzərindən smartfonun yerini təyin etmək istədiyi halda da sözügedən imkanı bloklamaq imkanına sahibdir. Beləliklə bu funksiya sayəsində mobil cihazlar öz tərkiblərində olan modem ilə daha dərindən qarşılıqlı əlaqədə ola biləcəklər. Nəticədə smartfonun yerləşdiyi yerin təyin edilməsi sorğusunun təcili yardım xidmətlərini əhatə etmədikləri halda onu bloklamaq mümkün olacaq. Bu yeni funksiyanı əhatə edən API modem istehsalçıları tərəfindən dəstəklənməlidir. Buna görə də smartfon sisteminin Android 15-ə kimi yenilənməsi onun bu funksiyanı dəqiq şəkildə əldə edəcəyi demək deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel Watch 3 smart saatının batareya həcmi məlum olub
    google-pixel-watch-3-smart-saatinin-batareya-hecmi-melum-olub
    Google Pixel 9 smartfon seriyasına 3 model daxil olacaq
    google-pixel-9-smartfon-seriyasina-3-model-daxil-olacaq
    Android 15 hətta sönülü vəziyyətdə olan itmiş əşyaları tapmağa imkan verəcək
    android-15-hetta-sonulu-veziyyetde-olan-itmis-esyalari-tapmaga-imkan-verecek
    Google Pixel 8a təqdimata hazırlaşır
    google-pixel-8a-teqdimata-hazirlasir
    Android 15-də olacaq faydalı funksiyalardan biri sərgilənib (VİDEO)
    android-15-de-olacaq-faydali-funksiyalardan-biri-sergilenib-video