main-post-cover

    HyperOS həm Çin həm də qlobal bazarda istifadəyə veriləcək

    Əməliyyat sistemləri
    23.10.2023
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi şirkətinin HyperOS adlı yeni istifadəçi interfeysi barəsində növbəti məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən HyperOS təkcə Çində deyil, həmçinin qlobal bazarda da MIUI-ni əvəz edəcək. İnsayder bildirib ki, Xiaomi sözügedən yeni istifadəçi interfeysi üzərində bir neçə il bundan öncə çalışmağa başlayıb. Şirkət onu hətta bəzi regionların bazarlarındakı cihazlarında da test edib. Buna sübut olaraq HyperOS əsasında çalışan televizorun fotoları təqdim edilib. Fotolardan da görmək olar ki, televizor Rusiya bazarı üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, HyperOS-in Xiaomi 14 smartfon seriyası ilə birgə təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14 Pro-nun bəzi özəllikləri təsdiqlənib
    xiaomi-14-pro-nun-bezi-ozellikleri-tesdiqlenib
    Xiaomi TV A Pro 85 adlı yeni smart televizor təqdim edilib - QİYMƏTİ
    xiaomi-tv-a-pro-85-adli-yeni-smart-televizor-teqdim-edilib-qiymeti
    HyperOS ilə MIUI arasındakı müqayisə videosu təqdim edilib (VİDEO)
    hyperos-ile-miui-arasindaki-muqayise-videosu-teqdim-edilib-video
    Redmi Note 13-ün qlobal versiyası təqdimata hazırlaşır
    redmi-note-13-un-qlobal-versiyasi-teqdimata-hazirlasir
    HyperOS-i əldə edə biləcək Xiaomi cihazlarının qeyri-rəsmi siyahıları təqdim edilib
    hyperos-i-elde-ede-bilecek-xiaomi-cihazlarinin-qeyri-resmi-siyahilari-teqdim-edilib