european union
Filterlə
Avropa Komissiyası "Süni Zəka Qanunu"nun təlimatlarını təqdim edib
Avropa Komissiyası “Süni Zəka Qanunu”nun (AI Act) müddəalarının icrasını şirkətlər üçün asanlaşdırmaq məqsədilə qaydalar toplusunu açıqlayıb. Sənəd Avropa Birliyinin hüquqi çərçivəsi daxilində fəaliyyətin necə qurulacağı ilə bağlı tövsiyələr verir və təşkilatların qanun tam qüvvəyə minməzdən əvvəl proseslərini uyğunlaşdırmalarına yardım etməyə yönəlib.
“Avropa Kosmos Qanunu” təqdim edilib
26 iyun tarixində Avropa Komissiyası “Avropa Kosmos Qanunu”nu (EU Space Law) təqdim edib. Avropa bürokratlarının fikrincə, artıq kosmosda qanun və nizam yaratmağın vaxtı çatıb. Əslində, kosmik sahədə fəaliyyətin tənzimlənməsi üçün ümumi qəbul olunmuş qaydalar və təlimatlar mövcud deyil.
Avropa Komissiyası süni zəka qanununun icrasında heç bir təxirə yol verməyəcək
Avropa Birliyi, böyük texnologiya şirkətləri və bəzi ölkələrin vaxt cədvəlinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlarına baxmayaraq, süni zəkanın tənzimlənməsi ilə bağlı yeni qaydaların tətbiqini müəyyən olunmuş müddətlərə uyğun şəkildə davam etdirir.
Həddindən artıq tənzimləmə Avropadakı innovasiyaları ləngidir
Google Avropa Birliyinin antiinhisar orqanlarına və narazı şirkət ictimaiyyətinə bəyan edib ki, bölgədə iri texnologiya şirkətlərinin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş mövcud qanunlar innovasiyalara mane olur, həmçinin Avropa istehlakçılarına və şirkətlərinə zərər vurur.
Apple Avropa Birliyi üçün App Store siyasətini dəyişəcək
Apple Avropa Birliyinə güzəştə getməyə və App Store qaydalarını yumşaltmağa hazırdır ki, əlavə cərimələrdən yayınsın. Aprel ayında şirkət Avropa rəqəmsal bazarlar haqqında qanunun (Digital Markets Act - DMA) müddəalarını pozduğuna görə 500 milyon avro məbləğində cərimə olunmuşdu.
SpaceX Avropanın kosmik sahəsini tamamilə zəbt edə bilər
Mənbələrin verdikləri məlumata əsasən bu ilin sonunadək Airbus, Thales və Leonardo şirkətləri əsasında Avropanın kosmik sahədə fəaliyyət göstərən bir monopolist qurumunun yaradılması üzrə danışıqlar başa çata bilər.
Avropa Birliyi bu aydan smartfon istehsalçılarını öz cihazlarını daha uzun müddət ərzində dəstəkləməyə məcbur edəcək
Son illər Avropa Birliyi orqanları mobil cihaz istehsalçılarına istehlakçıların xeyrinə bir sıra dəyişikliklər etməyi tapşırıblar. Ən çox diqqət çəkən tədbirlərdən biri geniş çeşidli elektronik cihazlar - smartfonlar, planşetlər, noutbuklar və kameralar da daxil olmaqla - üçün USB Type-C girişinin standart halına gətirilməsi və Apple iOS sistemində alternativ tətbiqlərin işləməsi üçün normativ bazanın yaradılması olub.
Avropa Birliyi internetdəki insanların yaşlarını yoxlayacaq tətbiqi istifadəyə verəcək
İyul ayında Avropa Birliyi rəhbərliyi yeni bir tətbiq istifadəyə verəcək. Bu tətbiq vasitəsilə region sakinləri bəzi rəqəmsal platformalara qeydiyyat və istifadə zamanı yaşlarını təsdiq edə biləcəklər.
Həftənin xəbərləri

