main-post-cover

    Amerikalı proqramçı işdən çıxarıldıqdan şirkətin kompüter şəbəkəsini çökdürüb

    Təhlükəsizlik
    26.08.2025
    Emil Nəcəfov
         Amerikalı proqramçı işdən çıxarıldıqdan sonra Windows əməliyyat sistemi ilə işləyən kompüter şəbəkəsini sıradan çıxaran və əməkdaşların hesablarını bloklayan zərərli funksiya yaratdığı və işə saldığı üçün 4 il müddətinə həbs cəzasına məhkum edilib. Çinli Davis Lu rəsmi olaraq Hyustonda qeydiyyatda idi və 2007-2019-cu illərdə qərargahı Ohayo ştatında yerləşən Eaton Corporation şirkətində çalışıb. İstintaqın versiyasına görə, 2018-ci ildə şirkətdə restrukturizasiya baş verdikdə və proqramçı vəzifədə endirildikdə, o, Windows-la işləyən korporativ kompüter şəbəkəsinə zərərli kod yerləşdirib.
         Bu kod sonsuz icra dövrü yaradan Java-axını işə salırdı və bu, şirkətin serverlərinə həddindən artıq yük gətirərək sistemlərin sıradan çıxmasına səbəb olurdu. Lu həmçinin IsDLEnabledinAD (“Active Directory-də Davis Lu hesabı aktivdirmi”) adlı funksiyanı yerləşdirmişdi. Bu funksiya onun Active Directory hesabı söndürüldükdə bütün istifadəçilərin hesablarını avtomatik olaraq bloklayırdı. Proqramçı 9 sentyabr 2019-cu ildə işdən azad edilib və onun hesabı deaktiv olunanda bir neçə min istifadəçi sistemə daxil ola bilməyib.
         Prokurorluğun məlumatına görə, Davis Lu-nun hərəkətləri bir neçə yüz min dollar maddi ziyana səbəb olub. Ona noutbuku qaytarmaq tapşırıldıqda, Lu cihazdan şifrələnmiş məlumatları silib. Daha sonra istintaq kompüterdə imtiyazların artırılması mexanizmləri, proseslərin gizli rejimə keçirilməsi və faylların sürətli silinməsi ilə bağlı axtarış sorğularını aşkar edib. Bu il Davis Lu qanunla qorunan kompüterlərə qəsdən ziyan vurmaqda təqsirli bilinib, 4 il azadlıqdan məhrumetmə və sonrakı 3 il inzibati nəzarət cəzasına məhkum olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib
    google-play-den-umumilikde-19-milyon-defe-yuklenmis-77-zererli-tetbiq-silinib
    Meta qadağaya baxmayaraq gizli şəkildə iPhone istifadəçilərinin məlumatlarını yığıb
    meta-qadagaya-baxmayaraq-gizli-sekilde-iphone-istifadecilerinin-melumatlarini-yigib
    Perplexity süni intellekt əsaslı Comet brauzeri istifadəçilərin bank kartı məlumatlarını sızdırıb
    perplexity-suni-intellekt-esasli-comet-brauzeri-istifadecilerin-bank-karti-melumatlarini-sizdirib
    İstifadəçilərin Grok ilə dialoqları müxtəlif axtarış sistemlərində ortaya çıxıb
    istifadecilerin-grok-ile-dialoqlari-muxtelif-axtaris-sistemlerinde-ortaya-cixib
    Avropa Birliyində istifadəçi çatlarının skan qanunu yenidən təklif edilib
    avropa-birliyinde-istifadeci-catlarinin-skan-qanunu-yeniden-teklif-edilib