Android cihazlar üçün nəzərdə tutulmuş yeni təhlükəli virus aşkar edilib
Təhlükəsizlik
14.02.2024
Emil Nəcəfov
McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri XLoader adlı Android virusun daha təkmilləşdirilmiş təhlükəli versiyasını aşkar ediblər. Virusun təkmilləşdirilmiş versiyası daxil olduğu cihazda istifadəçinin heç bir əməliyyatına ehtiyac duymadan avtomatik şəkildə işə düşə bilir. XLoader adlı viruslar sinifi 2015-ci ildən mövcuddur və onlar Roaming Mantis adlı haker qruplaşması tərəfindən hazırlanır. Virusun yeni təkmilləşdirilmiş versiyası əvvəlki versiyalar kimi mətnli mesajlar üzərindən yayılır. Bu cür mesajlarda zərərli proqram təminatının yüklənilməsinə şərait yaradan lin yerləşir. Bu cür linkə klikləyəndən sonra istifadəçiyə Google Chrome brauzerinin quraşdırılması təklif edilir.
Virusun daha əvvəlki versiyalarında brauzerə daxil olmaq şərt idisə, indi brauzerin sadəcə olaraq quraşdırılması kifayət edir. Brauzer cihaza quraşdırılandan sonra onun tərkibindəki zərərli proqram təminatı fon rejimində çalışmağa başlayır. Özünü Google Chrome kimi maskalayan virus istifadəçidən bəzi əməliyyatların yerinə yetirilməsi üçün icazələr istəyir. Onların arasında mesajların mübadiləsi üçün nəzərdə tutulmuş messencerin quraşdırılması da var. İstifadəçidən lazımi icazələrin əldə edilməsindən sonra XLoader ona müxtəlif fişinq (phishing) tətbiqləri sərgiləməyə başlayır.
Bu üsul ilə virus istifadəçini həmin tətbiqlərin linklərinə daxil olmağa məcbur edir. Bununla yanaşı XLoader distant şəkildə 20 əməliyyatın yerinə yetirilməsi kimi bir özəlliyə sahibdir. Məsələn mesajların və fotoların hakerlərin serverlərinə göndərilməsi, zərərli proqram təminatını özündə birləşdirən mesajların istifadəçinin kontaktlarına göndərilməsi, digər zərərli proqram təminatlarının yüklənilməsi və s. Mütəxəssislər bildiriblər ki, öz cihazlarında aktiv Google Play Protect servisinə sahib istifadəçilər üçün XLoader virusu heç bir təhlükə daşımır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Android cihazlar üçün olan virus 12 ədəd mobil tətbiqdə aşkar edilib
Distant şəkildə Android cihazdan məlumatları ələ keçirtməyə imkan verən VajraySpy adlı troyan (trojan) 12 ədəd mobil tətbiqdə aşkar edilib.
Barmaq izi skanından yan keçə bilən yeni Android virus aşkar edilib
Barmaq izi skanından yan keçə bilən yeni Android virus aşkar edilib
ThreatFabric adlı şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Android cihazlar arasında Chameleon adı altında yayılan virusun daha təhlükəli versiyasını aşkar ediblər.
Android-də iOS istifadəçilərinə yaxşı tanış olan funksiya istifadəyə veriləcək
Android-də iOS istifadəçilərinə yaxşı tanış olan funksiya istifadəyə veriləcək
İnsayderlər Android 14-ün kodunda iPhone istifadəçilərinə yaxşı tanış olan funksiyanı aşkar ediblər.
Android istifadəçiləri öz cihazlarına il ərzində ümumilikdə 600 milyon virus yükləyiblər
Android istifadəçiləri öz cihazlarına il ərzində ümumilikdə 600 milyon virus yükləyiblər
Kaspersky şirkətinin təqdim etmiş olduğu yeni hesabata əsasən Google Play-in təhlükəsizlik sistemindən zərərli tətbiqlərin yan keçmələri üçün dələduzlar tərəfindən istifadə edilən yeni üsullar sayəsində Android istifadəçiləri öz cihazlarına bu il ərzində ümumilikdə 600 milyon dəfə virus yükləyiblər.
Android 13 bazar payına görə Android versiyaları arasında birinci yerə yüksəlib
Android 13 bazar payına görə Android versiyaları arasında birinci yerə yüksəlib
Google şirkəti Android əməliyyat sisteminin müxtəlif versiyalarının istifadəçilər arasında yeni yayılma statistikasını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!