main-post-cover

    Apple Böyük Britaniya hökumətinin əmrini məhkəmədə mübahisələndirməyə qərar verib

    Təhlükəsizlik
    07.04.2025
    Emil Nəcəfov
         Milli təhlükəsizlik məsələləri gündəmə gələndə, bəzən fərdi vətəndaşların azadlıq və hüquqları arxa plana keçirilir. Böyük Britaniya hakimiyyəti müvafiq arqumentlərə əsaslanaraq Apple şirkətindən istifadəçilərin qorunan bulud yaddaşı sisteminə çıxış verməyi tələb edib, lakin şirkət bu əmri məhkəmə qaydasında mübahisələndirməyə qərar verib. Reuters-in məlumatına görə, bu həftə məsələ ictimaiyyətə məlum olub və bu barədə məlumatı Birləşmiş Krallığın ən yüksək məhkəmə orqanı olan İstintaq Səlahiyyətləri üzrə Tribunal (IPT) yayıb.
         Əvvəlcə Böyük Britaniya hakimiyyəti bu işin detalları və Apple şirkətinin iştirakı ilə bağlı məlumatların ictimailəşdirilməməsini tələb edib. Lakin bu tələb, Daxili İşlər Nazirliyi tərəfindən israrla müdafiə olunsa da, ölkənin ali məhkəmə instansiyası tərəfindən rədd edilib. Ədalət orqanlarının fikrincə, bu mübahisənin mahiyyətinin açıqlanması nə ictimai maraqlara ziddir, nə də milli təhlükəsizlik üçün təhlükə yaradır. Bu ilin fevral ayında məlum olub ki, Böyük Britaniya hakimiyyəti Apple-dan iCloud-un şifrələnmiş bulud yaddaşına çıxış tələb edib ki, səlahiyyətli orqanların əməkdaşları bu markaya aid cihazların istifadəçilərinin şəkillərini və yazışmalarını, hətta Birləşmiş Krallıq hüdudlarından kənarda olsalar belə, araşdıra bilsinlər.
         Apple isə bu tələbi rədd edərək bildirib ki, belə bir çıxış kanalının yaradılması bu cür məlumatların məxfiliyinə təhlükə yaradır, çünki həmin çıxış imkanından eyni dərəcədə cinayətkarlar da istifadə edə bilər. Bununla belə, şirkət Böyük Britaniya hakimiyyəti qarşısında bəzi güzəştlərdən yayınmağa müvəffəq olmayıb. Belə ki, Apple Böyük Britaniyada yeni istifadəçilər üçün bulud məlumatlarının qabaqcıl şifrələmə protokolu olan Advanced Data Protection funksiyasını deaktiv edib.
    Mənbə: Reuters
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 19 Pro “cəsarətli” yeni dizaynı əldə edəcək
    iphone-19-pro-cesaretli-yeni-dizayni-elde-edecek
    iPhone 17 Pro yenilənmiş teleobyektivi əldə edə bilər
    iphone-17-pro-yenilenmis-teleobyektivi-elde-ede-biler
    Donald Trump-ın yeni idxal rüsumları böyük şirkətlərin səhmlərinin dəyərini aşağı salıb
    donald-trump-in-yeni-idxal-rusumlari-boyuk-sirketlerin-sehmlerinin-deyerini-asagi-salib
    iOS 19-u əldə etməyəcək 3 iPhone-nun adı çəkilib
    ios-19-u-elde-etmeyecek-3-iphone-nun-adi-cekilib
    Fransa Apple şirkətini 150 milyon avro dəıyərində cərimələyib
    fransa-apple-sirketini-150-milyon-avro-deiyerinde-cerimeleyib