main-post-cover

    Apple Intelligence serverlərini sındıracaq şəxsə 1 milyon dollar mükafat söz verilib

    Təhlükəsizlik
    28.10.2024
    Emil Nəcəfov
         Görünür, Apple şirkəti özünün süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosisteminin təhlükəsizliyini ciddi şəkildə təmin etməyi hədəfləyib. Məhz bu istiqamətdə şirkət Apple Intelligence ekosistemində boşluq aşkar edəcək şəxsə pul mükafatının təqdim edilməsi proqramını işə salıb. İşə salınmış proqram çərçivəsində şirkət Private Cloud Compute (PCC) serverlərinin sındırılmasına görə böyük məbləğlərdə pul mükafatını söz verib. Apple Intelligence ekosisteminə daxil olan süni zəka funksiyalarının çalışmalarından məhz bu serverlər cavabdehdirlər.
         PCC-ə giriş ilk əvvəl bəzi tədqiqatçılara və təhlükəsizlik auditorlarına təqdim olunmuşdu. Lakin indi şirkət PCC-nın bəzi vacib hissələrinin mənbə koduna girişi təqdim edir. Beləliklə mütəxəssislər PCC-nı müşahidə edərək onun zəif nöqtələrini tapa bilərlər. Apple tərəfindən işə salınmış bu proqram çərçivəsində ola biləcək maksimal həcmdə pul mükafatı 1 milyon dollar təşkil edir. 1 milyon dolları PCC serverlərində zərərli kodu işə sala biləcək şəxs və ya komanda əldə edəcək. İkinci ən böyük pul mükafatı isə 250 000$ təşkil edir. O, müxtəlif eksploytların axtarılıb tapılması üçün təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 17 Pro Max-da Dynamic Island-ın ölçüsü daha kiçik ola bilər
    iphone-17-pro-max-da-dynamic-island-in-olcusu-daha-kicik-ola-biler
    Apple növbəti iPhone SE-nin istehsalına başlamağa hazırlaşır
    apple-novbeti-iphone-se-nin-istehsalina-baslamaga-hazirlasir
    Apple, iPhone 16 istehsalını 10 milyon azaldıb!
    apple-iphone-16-istehsalini-10-milyon-azaldib
    Apple Mail tətbiqi illər sonra yenilənir!
    apple-mail-tetbiqi-iller-sonra-yenilenir
    Şimali Koreyalı hakerlər, Chrome-dakı boşluqdan istifadə edərək kriptovalyuta pul kisələrinə hücum ediblər!
    simali-koreyali-hakerler-chrome-daki-bosluqdan-istifade-ederek-kriptovalyuta-pul-kiselerine-hucum-edibler