main-post-cover

    Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib

    Təhlükəsizlik
    19.01.2024
    Emil Nəcəfov
         Trail of Bits şirkətinin mütəxəssisləri Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar ediblər. Aşkar edilmiş boşluq müxtəlif brendlərin cihazlarındakı istifadəçi məlumatlarını bir neçə sətr kod vasitəsilə əldə etməyə yardımçı olur. LeftoverLocals adlı boşluq VRAM ilə əlaqəlidir. VRAM-da isə müxtəlif süni zəka əməliyyatları ilə bağlı məlumatlar saxlanılır. Bu boşluq vasitəsilə hakerlər qrafik çipdən istifadəçinin özəl məlumatlarını əldə edə bilərlər.
         Buna misal olaraq istifadəçinin ChatGPT ilə olmuş söhbət tarixçəsini gətirmək olar. Apple bildirib ki, o bu problemdən xəbərdardır və o, M3 A17 Bionic prosessorları vasitəsilə çalışan cihazlar üçün sistem yenilənməsini təqdim edib. Lakin daha əvvəlki iPhone, iPad MacBook Air (M2) modelləri hələ də bu boşluğun təhlükəsi altındadırlar. Mütəxəssislər bildiriblər ki, boşluq həmçinin AMD, Qualcomm Imagination qrafik çipləri ilə çalışan cihazlarda da aktualdır. Bütün bu şirkətlər mövcud problemi aradan qaldıracaq sistem yenilənməsini yaxın zamanda təqdim etməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon X Elite desktop prosessoru Intel və Apple M2 prosessorları ilə müqayisə edilib
    snapdragon-x-elite-desktop-prosessoru-intel-ve-apple-m2-prosessorlari-ile-muqayise-edilib
    iPhone 16 Pro modellərində olacaq Capture Button adlı düymənin özəllikləri açıqlanıb
    iphone-16-pro-modellerinde-olacaq-capture-button-adli-duymenin-ozellikleri-aciqlanib
    Exynos 2400 və Snapdragon 8 Gen 3 for Galaxy prosessorları AnTuTu testlərində müqayisə edilib
    exynos-2400-ve-snapdragon-8-gen-3-for-galaxy-prosessorlari-antutu-testlerinde-muqayise-edilib
    Növbəti iPad Pro üçün OLED ekranların kütləvi istehsalına start verilib
    novbeti-ipad-pro-ucun-oled-ekranlarin-kutlevi-istehsalina-start-verilib
    AMD şirkəti Zen 5 arxitekturalı prosessorların istehsalına start verib
    amd-sirketi-zen-5-arxitekturali-prosessorlarin-istehsalina-start-verib