main-post-cover

    Böyük Britaniya Apple-dan iCloud-da backdoor-un yerləşdirilməsinin tələbindən imtina edib

    Təhlükəsizlik
    19.08.2025
    Emil Nəcəfov
         Böyük Britaniya, ABŞ-ın Apple şirkətini iCloud bulud xidmətində xüsusi xidmət orqanlarının istifadəçi məlumatlarına çıxışı üçün backdoor yaratmağa məcbur edən memorandumu geri çağıracaq. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Gabbard məlumat verib. X sosial şəbəkəsində yeni paylaşılmış postda Gabbard bildirib ki, bu qərar ABŞ prezidenti Donald Trump və vitse-prezident J.D. Vance ilə bir neçə aylıq işdən sonra qəbul olunub. Məqsəd, amerikalıların şəxsi məlumatlarının məxfiliyini təmin etmək olub.
         “Son bir neçə ay ərzində mən Böyük Britaniyadakı tərəfdaşlarımızla, eləcə də ABŞ prezidenti və vitse-prezidenti ilə sıx əməkdaşlıq etmişəm ki, amerikalıların şəxsi məlumatlarının məxfiliyini, həmçinin konstitusion hüquq və vətəndaş azadlıqlarının qorunmasını təmin edək. Nəticədə Böyük Britaniya öz memorandumunu geri çağırmağa razılaşıb” - deyə Gabbard-ın son açıqlamalarından birində bildirilir. Xatırladaq ki, ilin əvvəlində Apple bəyan etmişdi ki, Böyük Britaniya hökumətinin tələbinə görə, ölkə sakinləri üçün Advanced Data Protection funksiyasına çıxış təqdim edə bilməyəcək.
         Həmin funksiya iCloud üzərində end-to-end şifrələmə alətini aktivləşdirməyə imkan verir və bununla da istifadəçi məlumatlarını xarici müdaxilədən etibarlı şəkildə qoruyur. Bu funksiyanın deaktiv edilməsi isə Böyük Britaniya xüsusi xidmət orqanlarına, o cümlədən ABŞ istifadəçilərinə aid iCloud-da saxlanılan məlumatlara çıxış imkanı verirdi. Mart ayında ABŞ və Böyük Britaniya bu məsələ ilə bağlı danışıqlar aparmış, aprel ayında isə Apple Britaniya xüsusi xidmət orqanları üçün backdoor yaradılması göstərişini mübahisələndirmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hakerlər, cəsuslar və kibertəhlükəsizlik mütəxəssisləri aktiv şəkildə süni intellektdən istifadə edirlər
    hakerler-cesuslar-ve-kibertehlukesizlik-mutexessisleri-aktiv-sekilde-suni-intellektden-istifade-edirler
    Apple gələn ildən başlayaraq adi iPhone modelindən imtina edə bilər
    apple-gelen-ilden-baslayaraq-adi-iphone-modelinden-imtina-ede-biler
    Donald Trump ABŞ İT nəhənglərinin milyonlarla dollar dəyərində səhmlərinə sahibdir
    donald-trump-abs-it-nehenglerinin-milyonlarla-dollar-deyerinde-sehmlerine-sahibdir
    İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb
    it-nehenglerin-rehberlerinin-tehlukesizliklerine-xercler-artirilib
    Apple artıq 8-ci nəsil iPad mini üzərində çalışır
    apple-artiq-8-ci-nesil-ipad-mini-uzerinde-calisir