ChatGPT-nin yaddaşına saxta məlumatlar daxil etməklə istifadəçi məlumatlarını oğurlamaq olar
Təhlükəsizlik
25.09.2024
Emil Nəcəfov
ChatGPT-də ciddi boşluq aşkar edilib. Hakerlər aşkar edilmiş boşluq vasitəsilə çat-botun yaddaşına zərərli sorğular sayəsində bu və ya digər istifadəçi barəsində saxta məlumatları yerləşdirə bilərlər. Bu isə potensial qurban barəsində məlumatların əldə edilməsi imkanını verir. OpenAI şirkəti kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Johann Rehberger adlı mütəxəssisin bu araşdırmasını ilk zamanda ciddiyə almayıb. Məlumata əsasən aşkar edilmiş boşluqdan istifadə edərək haker çat-botun uzunmüddətli yaddaş imkanına keçid edə bilir. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti uzunmüddətli yaddaş funksiyasını hələ fevral ayında test edirdi və bu ay onu istifadəyə verdi.
ChatGPT-nin yaddaşı istifadəçi ilə olan yazışmadakı vacib məlumatları özündə saxlayır və növbəti dialoqlarda onlardan istifadə edir. Nəticədə süni zəka modeli istifadəçinin yaşı, cinsi, inancı və s. barəsində məlumatları bilir. Bunun sayəsində isə istifadəçinin növbəti dialoq çərçivəsində eyni məlumatları təkrar şəkildə daxil etməsinə ehtiyac qalmır. Johann Rehberger aşkar edib ki, ChatGPT-yə olan sorğuya saxta məlumatları əlavə edərək onun yaddaşında süni məlumatlar formalaşdırmaq mümkündür. Saxta məlumatlar isə Google Drive və Microsoft OneDrive-dakı fayllar, çat-botun özünə yüklənən fayllar və çat-bot tərəfindən baxılan saytlar vasitəsilə yüklənir.
Nəticədə mütəxəssis ChatGPT-ni inandıra bilib ki, hədəf istifadəçinin 102 yaşı var, o, kompüter simulyasiyasında yaşayır və Yer kürəsinin yastı olduğuna inanır. Çat-botu bu saxta məlumatlara inandırandan sonra olmuş dialoqlarda sistem məhz bu məlumatlara əsaslanıb. May ayında mütəxəssis bu boşluq barəsində OpenAI şirkətinə məlumat verib. Lakin şirkət onu ciddiyə almayıb. 1 aydan sonra Rehberger şirkətə yenidən sorğu göndərib və göndərilmiş sorğuya kiberhücum modelini yerləşdirib. Yerləşdirilmiş kiberhücum modeli ChatGPT tətbiqinin macOS üçün nəzərdə tutulmuş versiyasını istifadəçi ilə çat-bot arasındakı bütün yazışmanı haker tərəfindən seçilmiş serverə göndərməyə məcbur edib.
Bunun üçün sadəcə olaraq süni zəkaya müvafiq linkə daxil olma əmrini vermək kifayət edib. Nəticədə haker istifadəçi ilə çat-bot arasındakı bütün yazışmaları əldə edib. İkinci sorğudan sonra OpenAI şirkəti çat-botun uzunmüddətli yaddaş funksiyasının məlumatların əldə edilməsində istifadəsi vektorunu qismən aradan qaldırıb. Lakin Rehberger-in fikrincə belə üsul vasitəsilə məlumatların əldə edilməsi riski hələ də olduğu kimi qalır. ChatGPT istifadəçilərinə çat-botun yaddaşını etibarsız mənbələrdən yüklənə biləcək saxta məlumatların olub-olmaması məsələsində yoxlanması məsləhət görülür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI-nin sosial media hesabı sındırılaraq saxta paylaşımlar edilib!
OpenAI-nin sosial media hesabı sındırılaraq saxta paylaşımlar edilib!
Məşhur süni intellektlə işləyən ChatGPT çatbotunun yaradıcısı OpenAI-nin sosial media hesabı bu yaxınlarda sındırılıb. Hətta iş o yerə çatıb ki, şirkətin X hesabı kriptovalyuta fırıldaqçıları tərəfindən ələ keçirilib. Şirkət bu hücumu təsdiqləyib.
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Keçən şənbə günü “ChromaLock” adlı bir YouTube məzmun yaradıcısı, Texas Instruments-ın məşhur qrafik kalkulyatoru TI-84-ü internetə qoşaraq OpenAI-nin süni intellekt modeli ChatGPT-ni işə salmağı bacarıb.
1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
Latın Amerikası və Avropada keçirilən birgə əməliyyat nəticəsində yarım milyon insanın şəxsi məlumatlarını oğurlayan nəhəng fişinq şəbəkəsi yaxalanıb. “Kaerb əməliyyatı” adlı əməliyyat nəticəsində 17 nəfər həbs edilib, yüzlərlə elektron cihaz ələ keçirilib.
GPT-4-ün 100 sözdən ibarət mətni tərtib etməsi üçün 1.5 litr su sərf edilir
GPT-4-ün 100 sözdən ibarət mətni tərtib etməsi üçün 1.5 litr su sərf edilir
Kaliforniya Universitetinin aparmış olduğu araşdırmaya əsasən generativ süni zəkanın istifadəsi böyük həcmdə resurs sərfiyyatına səbəb olur.
OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli məqsədə çatmaq üçün yalan məlumatı təqdim edə bilir
OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli məqsədə çatmaq üçün yalan məlumatı təqdim edə bilir
Apollo adlı şirkətin aparmış olduğu araşdırmaya əsasən OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli qeyri-adi davranış sərgiləyir. Söhbət, yalnış məlumatın tərtib edilməsindən və qaydalara əməl edilməsinin simulyasiyasından gedir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!