main-post-cover

    Dərhal Google Chrome-un ən son yeniləməsini quraşdırmalısınız!

    Təhlükəsizlik
    22.05.2024
    Farid Pardashunas

         Google, Chrome-un təhlükəsizlik problemilə bağlı istifadəçilərə xəbərdarlıq edib. Chrome 125 versiyası ilə kritik səhvləri düzəldən şirkət, istifadəçilərə Chrome-un yeni versiyasını quraşdırmağı məsləhət görüb.

         Google Chrome-da hakerlər tərəfindən istifadə edilən 9 ədəd boşluq aşkar edilib. Bildirilib ki, “V8 mühərrikində Tip Qarışıqlığı” adlı boşluq, ixtiyari kodların icrasına imkan verir. Lakin Chrome 125 versiyası ilə bu problem aradan qaldırılıb. Google, təkcə may ayında 3 ədəd zero-day boşluğu aşkar edib. Əvvəllər CVE-2024-4671CVE-2024-4761 kimi izlənilən xətaları düzəldən şirkət, indi CVE-2024-4947 problemini həll edib. ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) bu kontekstdə istifadəçilərə Chrome 125-i quraşdırmağı tövsiyə edir.
         ABŞ-ın dövlət qurumlarına Chrome yeniləməsini tətbiq etmək üçün iyunun 10-dək vaxt verilib. Bununla belə, mütəxəssislər istifadəçilərə tez hərəkət etməyi tövsiyə edir. Siz Chrome menyusundan yeniləməni yoxlaya və ya yeniləmənin avtomatik quraşdırılmasını gözləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Masaüstü və mobil cihazlardakı ən populyar internet brauzerləri bəlli olub!
    masaustu-ve-mobil-cihazlardaki-en-populyar-internet-brauzerleri-belli-olub
    Chrome brauzerinin Android versiyası videolardakı kadrları yaddaşda saxlama funksiyasını əldə edəcək
    chrome-brauzerinin-android-versiyasi-videolardaki-kadrlari-yaddasda-saxlama-funksiyasini-elde-edecek
    Google Gemini çat-botunu Chrome brauzerinə inteqrasiya edəcək
    google-gemini-cat-botunu-chrome-brauzerine-inteqrasiya-edecek
    Google Chrome-da hakerlərdən yeni qorunma üsulu istifadəyə veriləcək
    google-chrome-da-hakerlerden-yeni-qorunma-usulu-istifadeye-verilecek
    Google Chrome-da 3 yeni süni zəka funksiyası istifadəyə veriləcək
    google-chrome-da-3-yeni-suni-zeka-funksiyasi-istifadeye-verilecek