Dünya miqyasında sistemlər çökmüş vəziyyətdədir: Bəs, nə baş verir?
Təhlükəsizlik
19.07.2024
Farid Pardashunas
Kibertəhlükəsizlik provayderi CrowdStrike tərəfindən buraxılmış səhv yeniləmənin Microsoft əməliyyat sistemi ilə çalışan kompüterləri və serverləri oflayn rejimə keçirməsi xaosa səbəb olub.
CrowdStrike kibertəhlükəsizlik provayderi tərəfindən buraxılmış səhv yeniləmə, Microsoft əməliyyat sistemi ilə işləyən kompüterləri və serverləri oflayn vəziyyətə salıb. ABŞ-dan Avropaya, Yeni Zelandiya və Avstraliyadan Sinqapura qədər bütün dünyada minlərlə şirkət və istifadəçi, sistemlərin düzgün işə salınmayan bir yükləmə dövrəsinə daxil olması səbəbilə xidmət kəsilməsi ilə üzləşib. Problem, ABŞ və Avropada bəzi uçuşların dayandırılmasına, Böyük Britaniyada qatar xidmətlərinin təsirinə məruz qalmasına, Avstraliyanın milli yayımçısı ABC-nin xidmətlərinin kəsilməsinə, Yeni Zelandiyada parlamentin internet sistemi və bankların ödənişləri qəbul etməkdə və internet bankçılıqda problemlər yaşamasına səbəb olub.
Məsələ ilə bağlı bəyanat dərc edən Crowdstrike, təsdiq edib ki, onlar Windows serverlərində Microsoft-un Windows əməliyyat sistemində sistem qəzasını təsvir etmək üçün istifadə edilən “mavi ekran xətası” ilə bağlı çoxsaylı səhv hesabatları alıblar. İT və kibertəhlükəsizlik mütəxəssislərinin son 10 ilin ən böyük xidmət kəsilməsi olaraq təyin etdiyi problemə görə, ABŞ-da bir çox hava yolu şirkəti, rabitə problemləri səbəbindən uçuşları dayandırmaq qərarına gəlib. Bir çox şirkətlər, o cümlədən United, Delta, American və Frontier, tranzitdə olan təyyarələrin öz marşrutlarına uyğun olaraq uçuşlarını davam etdirmələri, lakin hava limanlarında olan təyyarələr havaya qalxmamaları qərarını alıblar.
Almaniyanın Berlin hava limanı, texniki nasazlıq səbəbindən yerli vaxtla səhər saat 13:00-a qədər (CET 11:00) uçuşları dayandırmaq qərarına gəlib. Hava limanı rəsmiləri, səhvə görə, qeydiyyat prosedurlarında gecikmə olduğunu açıqlayıb. Berlin-Brandenburq Hava Limanından (BER) edilən şərhdə, "Texniki nasazlıq səbəbindən əməliyyatlarda gecikmələr var. Uçuş əməliyyatları dayandırılıb" ifadəsi işlədilib. Sürix hava limanı isə heç bir problem olmadığını açıqlasa da, Berlin hava limanı uçuşları qəbul etmədiyi üçün Berlinə uçuşlar ləğv edilib. Avstraliyanın ən böyük bankı olan Commonwealth Bank, bəzi müştərilərinin xidmətin dayandırılması səbəbindən pul köçürmə əməliyyatlarında problem yaşadığını açıqlayıb. Ölkədəki bəzi banklar da onlayn bankçılıq xidmətləri göstərən mobil proqramların xidmətdən çıxdığını açıqlayıb.
Beynəlxalq aviaşirkət Qantas və Sidney hava limanı, bəzi reyslərin təxirə salındığını, lakin xidmətlərin davam etdiyini bildirib. Avstraliyanın milli yayım şirkəti ABC də problemdən əziyyət çəkənlər arasında idi. Bu səbəbdən ABC, öz xidmətlərində nasazlıq olduğunu açıqlayıb. İT xidmətlərində yaranan nasazlıq səbəbindən Hindistanda sərnişinlərə əlyazma məlumatı olan aviabiletlərin verildiyi müşahidə edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Windows 11-in yeni süni intellekt funksiyası, köhnə kompüterdə işə salınıb!
Windows 11-in yeni süni intellekt funksiyası, köhnə kompüterdə işə salınıb!
Microsoft, bu yaxınlarda Copilot Plus kompüterləri üçün Recall alətini təqdim etmişdi. Məlum olub ki, bu süni intellekt funksiyası yeni avadanlıq tələb etmir və hətta köhnə kompüterlərdə də işlədilə bilər.
Netflix-in film və serialları yükləmək xüsusiyyəti tarixə qovuşur!
Netflix-in film və serialları yükləmək xüsusiyyəti tarixə qovuşur!
Netflix-in Windows versiyasındakı tətbiqində yükləmə dəstəyini siləcəyi xəbəri ortaya çıxıb.
Microsoft Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdı
Microsoft Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdı
Microsoft şirkəti Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdığını elan edib.
Windows 12 ənənəvi Start düyməsindən məhrum ola bilər
Windows 12 ənənəvi Start düyməsindən məhrum ola bilər
Dünən Qualcomm özünün Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim edən zaman Microsoft şirkətinin CEO-su Satya Nadella bildirdi ki, növbəti Windows süni zəka əsaslı funksiyaların təsirləri altında dəyişikliyə məruz qala bilər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!