main-post-cover

    Dünyanın ən böyük seçkilərindən biri gerçəkləşən Hindistanda "deepfake" təhlükəsi yaşanır!

    Təhlükəsizlik
    21.05.2024
    Farid Pardashunas

         Hindistan seçkilərində 2009-cu ildə dünyasını dəyişən bir simadan tutmuş, Bollivud ulduzu Aamir Khan-ın videolarına qədər “deepfake” qalmaqalının olduğu bildirilir.

         Hindistanda təxminən 970 milyon seçici Hindistan parlamentinin aşağı palatası olan Lok Sabha-nın 543 üzvünü seçir. Hazırkı baş nazir Narendra Modi, üçüncü dəfədir iştirak etdiyi seçkilərə rəhbərlik etməyə davam edir. Seçkilərdə minlərlə kiçik partiya iştirak etsə də, əsas yarış hakim Bharatiya Janata partiyası (BJP) ilə müxalifətdəki Hindistan Milli Konqresi (INC) arasında olacaq. INC, 28 partiyadan ibarət ittifaqa rəhbərlik edir. Seçkilərdəki "Deepfake" qalmaqalları isə bitmək bilmir. Belə ki, hakim partiya və müxalifət "deepfake" texnologiyasından geniş şəkildə istifadə edirlər.
         Müxalifət Bollivud aktyorlarının saxta videoları ilə qazanc əldə etməyə çalışarkən, Baş nazir Modi texnologiyadan kampaniya mesajlarını başqa dillərə tərcümə etmək üçün istifadə edir. Kampaniyalar davam edərkən, Bollivud ulduzları Ranveer Singh və Aamir Khan onların razılığı olmadan hazırlanan "deepfake" videolarına görə polisə şikayət ediblər. Hindistan seçkilərə gedərkən, "deepfake" texnologiyası kampaniya videolarından müxtəlif hind dillərində fərdiləşdirilmiş səsli mesajlara və hətta namizədin səsi ilə seçicilərə edilən avtomatlaşdırılmış zənglərə qədər irəlilədi. Hindistanın aparıcı "deepfake" eksperti Divyendra Jadoun, bu texnologiyanın Hindistan seçkilərinə nə qədər təsir edəcəyini bilmədiyini söyləyib.
         "Deepfake"lərlə bağlı kifayət qədər tənzimləmənin olmadığı ölkədə ekspertlər seçki komissiyasının süni intellektə qarşı susmasını tənqid ediblər. Bəzi "deepfake" videoları mənbə göstərilməklə, seçiciləri çaşdırma və dezinformasiya yayma riskini artıraraq Hindistan mediasında nümayiş etdirilir. Həm iqtidar, həm də müxalifət partiyaları bu texnologiyadan istifadə edərək dezinformasiyanın sürətlə yayılmasına səbəb olur. Hindistanda keçirilən seçkilərdə "deepfake" texnologiyasından istifadə edilməsi dünyaya bir mesaj verir. Bu, demokratiyanın fəaliyyətinə təhlükə yarada biləcək texnoloji manipulyasiyaların potensialını nümayiş etdirir. Yanlış məzmunun yayılması sosial inamı sarsıdır və informasiya təhlükəsizliyini təhlükə altına alır. Bu, daha sərt hüquqi tənzimləmələrə və qlobal miqyasda süni intellekt texnologiyalarından etik istifadəyə ehtiyac olduğunu vurğulayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bir qadın, üzünü dəyişdirərək özünü Elon Musk kimi tanıdan şəxs tərəfindən aldadılıb!
    bir-qadin-uzunu-deyisdirerek-ozunu-elon-musk-kimi-tanidan-sexs-terefinden-aldadilib
    Deepfake ilə 25 milyon dollarlıq soyğun həyata keçirildi!
    deepfake-ile-25-milyon-dollarliq-soygun-heyata-kecirildi