main-post-cover

    FBI, Çin dəstəkli hakerlərin telekommunikasiya nəhənglərinin şəbəkələrinə sızaraq milyonlarla məlumatı ələ keçirdiyini təsdiqləyib!

    Təhlükəsizlik
    15.11.2024
    Farid Pardashunas

          ABŞ hökuməti, Çin ilə əlaqəli hakerlərin mühüm telekommunikasiya şəbəkələrinə sızaraq dinləmə sistemlərinə çıxış əldə etdiyini və bu prosesdə genişmiqyaslı məlumat oğurluqları həyata keçirdiyini açıqlayıb.

         FBI Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA), Çin ilə əlaqəli hakerlərin AT&T, LumenVerizon kimi böyük telekommunikasiya təminatçılarının sistemlərinə daxil olaraq internet trafiki və zəng qeydlərini topladığını bildirib. Bu hakerlər, aylarla bu şəbəkələrdə aktiv olublar və milyonlarla amerikalının məlumatlarına çıxış əldə ediblər.
         Hücumların hədəfi yalnız istifadəçi məlumatları ilə məhdudlaşmayıb, həm də müəyyən şəxslərin xüsusi ünsiyyətləri də ələ keçirilib. Bu şəxslərin çoxunun hökumət və siyasi fəaliyyətlərdə iştirak etdiyi bildirilir. Çinin "Salt Typhoon" adlı haker qrupunun bəzi məlumatları qanuni dinləmə tələblərinə uyğun olaraq oğurladığı qeyd edilir. ABŞ hökumət nümayəndələri telekommunikasiya sektorunda genişmiqyaslı təhlükəsizlik pozuntusunun baş verdiyini və bu cür hadisələrin qarşısını almaq üçün daha güclü kibermüdafiələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ prezident seçkilərinin ən böyük qalibi Elon Musk-dır!
    abs-prezident-seckilerinin-en-boyuk-qalibi-elon-musk-dir
    Şarj etmək üçün taxılan bir iPhone 14 Pro Max anidən bomba kimi partlayıb!
    sarj-etmek-ucun-taxilan-bir-iphone-14-pro-max-aniden-bomba-kimi-partlayib
    NVIDIA videokartlarının drayverlərində ciddi sistem boşluğu aşkar edilib
    nvidia-videokartlarinin-drayverlerinde-ciddi-sistem-boslugu-askar-edilib
    Zəngləri hakerlərə yönləndirən yeni Android virusu aşkar edilib!
    zengleri-hakerlere-yonlendiren-yeni-android-virusu-askar-edilib
    Exynos vasitəsilə çalışan bəzi Samsung cihazlarında ciddi sistem boşluğu aşkar edilib
    exynos-vasitesile-calisan-bezi-samsung-cihazlarinda-ciddi-sistem-boslugu-askar-edilib