main-post-cover

    Gmail hesablarına süni zəka əsaslı fişinq hücumları edilir

    Təhlükəsizlik
    10.02.2025
    Emil Nəcəfov
         Son zamanlar Gmail istifadəçiləri daha mürəkkəb fişinq (phishing) hücumları ilə qarşılaşır. Bu vəziyyət ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) Gmail istifadəçiləri üçün ciddi xəbərdarlıq etməsinə səbəb olub. FBI istifadəçilərə tanımadıqları e-poçtlardakı və ya mesajlardakı hər hansı linkə və ya fayla klik etməməyi tövsiyə edir. Hazırda kibercinayətkarlar süni zəka əsaslı alətlərdən istifadə edərək inandırıcı fişinq kampaniyaları yaradırlar. Bu üsullar təhlükəsizlik filtrlərini aşaraq istifadəçiləri aldatmaq qabiliyyətinə malikdir.
         Risklər həmişəkindən daha yüksəkdir. Gmail hesabları əsas hədəf olaraq qalır, çünki onlar Google-un bir çox xidmətinə giriş imkanını verir. Hoxhunt-un son hesabatında fişinq hücumlarının sayında 49% artım qeydə alındığı vurğulanır. Süni zəka vasitəsilə yaradılan fişinq hücumları artıq ümumi fişinq cəhdlərinin 4.7%-ni təşkil edir. Kibercinayətkarlar avtomatlaşdırılmış alətlərdən istifadə edərək daha inandırıcı mesajlar yaradırlar.
         Kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, süni zəka sosial mühəndislik taktikalarının yeni dalğasını gücləndirir və hakerlərin qurbanlarını aldatmasını asanlaşdırır. Əsas təhlükələr: Süni zəka əsaslı hücumların ucuz və əlçatan olması, hakerlərin cəmi 5$-a effektiv fişinq sxemləri yarada bilmələri, həm fərdi şəxslərin, həm də şirkətlərin hədəfə alınması. Fişinq hücumlarından qorunmaq üçün FBI və Google aşağıdakı tədbirləri tövsiyə edir:
    - Naməlum e-poçtlardakı və ya mesajlardakı linklərə keçid etməyin və naməlum faylları yükləməyin
    - Veb-saytın həqiqiliyindən əmin olmadan şəxsi məlumatlarınızı daxil etməyin
    - Yalnız etibarlı saytlarda avtomatik giriş üçün parol menecerindən istifadə edin
    - Hesablarınızı mütəmadi olaraq yoxlayın və icazəsiz giriş və ya məlumat sızması əlamətlərini izləyin
    - Təhlükəsizlik bildirişlərini yoxlamaq üçün birbaşa Google hesabınızın səhifəsinə daxil olun – e-poçtlardakı linklərə klik etməyin.
    Mənbə: Forbes
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI öz süni zəka çipinin istehsalına artıq bu il start verə bilər
    openai-oz-suni-zeka-cipinin-istehsalina-artiq-bu-il-start-vere-biler
    Sam Altman: "Süni zəka məhsulları ucuzlaşdıracaq, lakin bərabərsizlikdən xilas etməyəcək"
    sam-altman-suni-zeka-mehsullari-ucuzlasdiracaq-lakin-berabersizlikden-xilas-etmeyecek
    OpenAI 14 milyon dollara Super Bowl-da süni zəka reklamını sərgiləyib (VİDEO)
    openai-14-milyon-dollara-super-bowl-da-suni-zeka-reklamini-sergileyib-video
    Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 14.9 milyard dollarlıq investisiyanı elan edib
    seudiyye-erebistani-suni-zeka-sahesine-149-milyard-dollarliq-investisiyani-elan-edib
    Google reCAPTCHA izləmə alətinə çevrilib (VİDEO)
    google-recaptcha-izleme-aletine-cevrilib