
Hakerlər bəzi Discord istifadəçilərinin məlumatlarını oğurlayıblar
Təhlükəsizlik
06.10.2025
Emil Nəcəfov
Discord platforması bəzi istifadəçilərin məlumatlarının sızması barədə məlumat yayıb. Hadisə, şirkətin platformada məzmun moderasiyası və texniki dəstək xidmətləri göstərən tərəfdaşlarından birinə edilmiş haker hücumu nəticəsində baş verib. Discord-un açıqlamasında bildirilir ki, texniki dəstək xidmətləri göstərən üçüncü tərəf təchizatçılardan biri “icazəsiz tərəf” tərəfindən sındırılıb. Cinayətkarlar dəstək xidməti və ya Trust & Safety komandaları vasitəsilə Discord-a müraciət edən məhdud sayda istifadəçinin məlumatlarına çıxış əldə ediblər. Açıqlamada həmçinin qeyd olunur ki, hücum edənlər Discord-dan maliyyə baxımından fidyə tələb etməyə cəhd göstəriblər. Bununla belə, xüsusi vurğulanır ki, hücum edənlər Discord-un sistemlərinə çıxış əldə edə bilməyiblər.

Məlumatlara gəldikdə, kibercinayətkarların əldə etdikləri məlumatlara istifadəçilərin tam adları, elektron poçt ünvanları və bank kartı nömrələrinin son 4 rəqəmi daxildir. Bununla yanaşı, “icazəsiz tərəf” Discord-da yaş təsdiqi zamanı istifadəçilər tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsi şəkillərinin az miqdarına da çıxış əldə edib. Şirkətin məlumatına görə, istifadəçilərin tam bank kartı nömrələri və şifrələri kibercinayətkarların əlinə keçməyib. Hazırda Discord hadisədən təsirlənmiş istifadəçilərə elektron poçt vasitəsilə bildiriş göndərir. Əgər şəxsiyyət vəsiqəsi şəkli cinayətkarların əlinə keçmiş ola bilərsə, şirkət bu barədə ayrıca məlumat verəcək. Bundan əlavə, Discord hücuma məruz qalmış texniki dəstək xidmətləri təchizatçısının öz sistemlərinə çıxışını ləğv edib, tənzimləyici orqanları məlumatlandırıb və üçüncü tərəf podratçılarla əməkdaşlıqda istifadə olunan təhlükə aşkarlama və təhlükəsizlik sistemlərini yoxlayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib

Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib
Google şirkəti masaüstü kompüterlər üçün bulud yaddaş xidməti olan Google Drive-da yeni ransomware-dən (şantajçı proqram təminatları) qoruma sistemini təqdim edib.
ChatGPT vasitəsilə Gmail-dən gizli məlumatları oğurlamaq olarmış

ChatGPT vasitəsilə Gmail-dən gizli məlumatları oğurlamaq olarmış
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Redware şirkətinin mütəxəssisləri Shadow Leak tədqiqatının nəticələrini dərc ediblər. Bu çərçivədə onlar məxfi məlumatları Gmail poçt qutularından oğurlamaq üçün ChatGPT süni intellekt botunu köməkçi kimi istifadə ediblər.
Gucci və Balenciaga brendlərinin müştərilərinin məlumatları oğurlanıb

Gucci və Balenciaga brendlərinin müştərilərinin məlumatları oğurlanıb
Kibercinayətkarlar Gucci, Balenciaga və Alexander McQueen kimi lüks geyim brendlərinin milyonlarla müştərisinin şəxsi məlumatlarını ələ keçiriblər.
15 haker qruplaşması fəaliyyətini dayandırdığını elan edib

15 haker qruplaşması fəaliyyətini dayandırdığını elan edib
15 haker qruplaşmasından ibarət gizli assosiasiya, ən məşhurları Scattered Spider və Lapsus$ olan birlik, fəaliyyətini dayandırdığını elan edib. Qruplaşmaların hakerləri artıq öz adlarından kiberhücumlar həyata keçirməyəcəklərini bildiriblər.
Hakerlər daha çox sosial mühəndislik və süni intellekt mütəxəssislərini axtarırlar

Hakerlər daha çox sosial mühəndislik və süni intellekt mütəxəssislərini axtarırlar
Darknet forumlarında elan olunan vakansiyaların təhlili göstərir ki, kibercinayətkarlar hazırda ilk növbədə sosial mühəndislik və süni intellekt sahəsində mütəxəssislər axtarırlar.
Həftənin xəbərləri

