iPhone və MacBook istifadəçilərinin diqqətinə: Apple ID hesabınız oğurlana bilər!
Təhlükəsizlik
28.03.2024
Farid Pardashunas
KrebsOnSecurity-nin hesabatına görə, Apple-ın şifrə sıfırlama xüsusiyyətindəki qaynaqlanan səhvə görə fişinq hücumları getdikcə daha çox yayılmağa başlayıb. Bəzi Apple istifadəçiləri Apple ID parolunun dəyişdirilməsini təsdiqləmələrini xahiş edən bildirişlər və ya çoxfaktorlu autentifikasiya mesajları almağa başlayıblar.
Belə ki, internet dələduzları hədəflənmiş iPhone istifadəçilərinin bildirişə klikləyib təsdiq etmələrini təmin etmək üçün bir-birinin ardınca parol sıfırlama sorğuları göndərirlər. İstifadəçi icazə seçiminə toxunaraq təsdiqlədikdə, dələduzlar istifadəçinin Apple ID parolunu əldə edir. Parol sorğuları Apple ID hesablarını hədəflədiyi üçün bildirişlər istifadəçinin bütün cihazlarında görünür və təsdiqlənənə qədər silinmir, bu da cihazı istifadə edilməz hala gətirir. Hücumçular bildirişlər vasitəsilə hədəflərinə çata bilmədikdə isə, zəng yolu ilə istifadəçilərin birdəfəlik şifrəsini əldə etməyə çalışırlar.
Dələduzların, Apple-ın şifrə sıfırlama sistemindən istifadəçiləri bildirişlər və mesajlarla bombalamaq üçün necə istifadə etdiyi hələ ki, məlum deyil, lakin bunun Apple tərəfindən bir açıq olduğu aydın məsələdir. Bu tip hücumun hədəfi olan Apple istifadəçilərinin edə biləcəyi yeganə şey, Apple-ın birdəfəlik parol sıfırlama kodu tələb etmək üçün telefon zəngi etmədiyini bilmək və şifrə sıfırlama üçün göndərilən bütün sorğulara icazə vermədən keçməkdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple WWDC 2024 konfransının keçiriləcəyi tarixləri açıqlayıb
Apple WWDC 2024 konfransının keçiriləcəyi tarixləri açıqlayıb
Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransının keçirilmə tarixini rəsmi şəkildə elan edib.
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!
2007-ci ildə Steve Jobs tərəfindən Apple-nin ilk iPhone modelinin təqdim edilməsi smartfonlar istifadəçiləri tərəfindən böyük marağa səbəb olmağı bacarmışdı. Görünən odur ki, bu maraq illər ötdükcə hələ də, dəyişmədən qalmağa davam edir. Buna səbəb isə, birinci nəsil iPhone modelinin rekord qiymətə satılmağıdır.
iPhone SE 4-ün və digər yeni Apple cihazlarının nə zaman təqdim olunacaqları məlum olub
iPhone SE 4-ün və digər yeni Apple cihazlarının nə zaman təqdim olunacaqları məlum olub
İnsayderlər Apple şirkətinin yaxın illərdə təqdim edəcəyi yeni cihazlarının əks olunduqları yol xəritəsini təqdim ediblər.
Qatlana bilən iPhone-nun neçənci ilə kimi təxirə salındığı açıqlanıb
Qatlana bilən iPhone-nun neçənci ilə kimi təxirə salındığı açıqlanıb
Apple şirkətinin qatlana bilən iPhone üzərində çalışması barəsində məlumatlar son zamanlarda səngimək bilmir.
Apple şirkəti Google Gemini süni zəka modelini iPhone-lara inteqrasiya etməyi planlaşdırır
Apple şirkəti Google Gemini süni zəka modelini iPhone-lara inteqrasiya etməyi planlaşdırır
Blomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple şirkəti Google Gemini süni zəka modelini iPhone smartfonlarına inteqrasiya etməyi planlaşdırır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!