Kriptovalyuta dələduzları 2023-cü ildə 5.6 milyard dollar vəsait oğurlayıblar
Təhlükəsizlik
13.09.2024
Emil Nəcəfov
ABŞ Federal Təhqiqat Bürosunun (FBI) təqdim etmiş olduğu yeni hesabata əsasən 2023-cü il kriptovalyuta dələduzluğunun sayı və oğurlanmış vəsaitlərin həcmi baxımından rekord göstəricilərə sahib il olub. Belə ki, İnternet Cinayətləri Şikayət Mərkəzinə 70 000 şikayət 5.6 milyard dollardan çox vəsaitin oğurlandığını göstərir. Bu isə 2022-ci ildə kriptovalyuta dələduzluğu vasitəsilə oğurlanmış ümumi vəsaitdən 45% daha çoxdur. Məlumata əsasən vəsait itkiləri sayının artması investisiya dələduzluğu ilə bağlıdır. Belə ki, bu dələduzluq üsulu bu il oğurlanmış kriptovalyutaların ümumi həcminin 71%-ni təşkil edir.
Məlumatda qeyd edilib ki, dələduzlar Big Butchering də daxil olmaqla müxtəlif dələduzluq sxemlərindən istifadə ediblər. Qeyd etmək lazımdır ki, Big Butchering adlı dələduzluq sxemi çərçivəsində dələduzlar öz qurbanlarını müxtəlif tanışlıq tətbiqləri və professional saytlar vasitəsilə saxta investisiya platformalarına cəlb edirlər. Bununla yanaşı məlum olub ki, dələduzlar arasında likvidlik mayninqi sxemi də olduqca məşhurlaşıb. Bu dələduzluq sxemi çərçivəsində investorlardan təşkil edilmiş qrupa yerləşdirilmiş aktivlər müqabilində yüksək məbləğdə gəlir söz verilir.
İnvestisiya ilə bağlı dələduzluq sxemlərindən əlavə digər növ dələduzluq sxemlərindən də aktiv şəkildə istifadə edilib. Onların arasında qaynar xətt mərkəzlərinin istifadəsi ilə reallaşdırılmış dələduzluqlar və dələduzların özlərini dövlət orqanı və texniki dəstək nümayəndəsi kimi təqdim etmələri ilə reallaşdırılmış dələduzluqlar var. Bundan əlavə olaraq dələduzlar guya blockchain texnologiyası əsasında qurulmuş saxta oyun tətbiqlərini yaradaraq oyunçulara kriptovalyuta uduşları söz veriblər.
Reallıqda isə dələduzlar sadəcə olaraq oyunçuların elektron portmanatlarına giriş imkanını əldə ediblər. Məlumata əsasən kriptovalyuta dələduzluğu sayəsində oğurlanmış ümumi vəsaitin böyük hissəsi (4.8 milyard dollar) ABŞ vətəndaşlarını əhatə edib. Bu cür dələduzluqlardan həmçinin Kayman adaları (196 milyon dollar), Meksika (127 milyon dollar), Kanada (72 milyon dollar), Böyük Britaniya (59 milyon dollar), Hindistan (44 milyon dollar) və Avstraliya (25 milyon dollar) kimi regionlar zərər çəkiblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
17 yaşlı bir haker, 5 min adamın bank məlumatlarını oğurlayıb!
17 yaşlı bir haker, 5 min adamın bank məlumatlarını oğurlayıb!
Londonda ictimai nəqliyyat sistemi olan Transport for London (TfL), yaxın günlərdə haker hücumuna məruz qalıb. TfL, 1 sentyabrda şübhəli fəaliyyət aşkarlayıb və bunu dərhal istifadəçilərə xəbər verib, lakin hadisənin miqyası 12 sentyabrda göndərilən ikinci elektron məktubla daha da aydın olub.
Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
Coinbase, yeni bir ilkə imza atdığını açıqlayıb. Belə ki, 2 süni intellekt modeli arasında ilk dəfə kriptovalyuta əməliyyatı həyata keçirilib.
Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar
Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar
Kaspersky şirkətinin vermiş olduğu məlumata əsasən Pavel Durov-un keçən həftənin sonunda Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra bu xəbərin fonunda istifadəçilərdən pul vəsaitlərini əldə etmək istəyən dələduzların aktivlikləri artıb.
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Telegram-ın yaradıcısı Pavel Durov-un 24 oktyabr tarixində Fransanın hüquq-mühafizə orqanları tərəfindən Paris hava limanında saxlanılmasından sonra ölkənin bir sıra dövlət strukturlarının saytları haker qruplaşmaları tərəfindən DDoS hücuma məruz qalıblar.
Android üçün olan yeni zərərli proqram təminatı bank kartları məlumatlarını oğurlayır
Android üçün olan yeni zərərli proqram təminatı bank kartları məlumatlarını oğurlayır
Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilərinə hədəflənmiş yeni zərərli proqram təminatını aşkar ediblər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!