main-post-cover

    Rad Power Bikes batareyaları yanğın və partlayış riski yarada bilər

    Təhlükəsizlik
    25.11.2025
    Sevinc Miralizade
        Technote.az "The Verge" platformasına istinadən bildirir ki, ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) Rad Power Bikes şirkətinin bəzi elektrik velosiped batareyaları ilə bağlı ciddi xəbərdarlıq yayıb. Qurum bildirir ki, bu batareyalar gözlənilmədən alışıb partlaya bilər və bu, ağır xəsarət və ölüm riski yaradır.
        CPSC-yə görə, batareyalara su və ya zibil sızdıqda hüceyrələrdə və ya naqil sistemində qısaqapanma baş verə bilər. İndiyə qədər 31 yanğın hadisəsi qeydə alınıb, onlardan 12-si ümumilikdə 734,500 dollar ziyana səbəb olub. Hadisələrin bəziləri velosiped istifadə edilmədiyi və ya batareya şarjda olmadığı vaxt baş verib. Xoşbəxtlikdən, zərərçəkən olmayıb.
        Xəbərdarlığa düşən modellər bunlardır: RadWagon 4, RadCity HS 4, RadRover High Step 5, RadCity Step Thru 3, RadRover Step Thru 1, RadRunner 2, RadRunner 1, RadRunner Plus və RadExpand 5. Problemin həmin modellərdə istifadə edilən HL-RP-S1304 və RP-1304 kodlu batareyalarda olduğu bildirilir. Bu batareyaların hamısı Çində istehsal olunub.
        Seattle mərkəzli Rad Power Bikes son illər COVID-dən sonra yaşanan tələbat azalması fonunda ciddi maliyyə çətinlikləri ilə üzləşib. Əldə olunan məlumata görə, şirkət yaxın aylarda əlavə investisiya almasa fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər