
Steam istifadəçilərinin məlumatlarının sızdırılması məlumatı rəsmi şəkildə təkzib edilib
Təhlükəsizlik
15.05.2025
Emil Nəcəfov
Valve şirkəti özünə məxsus olan Steam platformasının 89 milyon istifadəçisinin hesabına aid məlumatların sızması ilə bağlı son xəbərləri rəsmi açıqlama ilə şərh edib. Xatırladaq ki, bu barədə xəbər dünən ortaya çıxdı və Machine1337 (digər adı ilə EnergyWeaponsUser) ləqəbli şəxs tərəfindən darknetdə satışa çıxarılmış məlumatlar arasında Steam-ə giriş üçün birdəfəlik kodlar göndərilmiş SMS-lər, eləcə də bu mesajların alıcılarının telefon nömrələri yer alırdı. Valve bildirib ki, bu məlumatlar əsasında istifadəçinin hesabını, şifrəsini, ödəniş məlumatlarını və digər şəxsi məlumatlarını yalnız telefon nömrəsinə əsasən müəyyən etmək mümkün deyil.

Rəsmi açıqlamada deyilib: “Köhnə SMS mesajları ilə sizin Steam hesabınızı sındırmaq mümkün deyil”. Valve mütəxəssisləri darknet-ə sızmış məlumatların bir hissəsini təhlil edərək belə qənaətə gəliblər ki, Steam sistemləri sındırılmayıb. Şirkət məlumat sızmasının mənbəyini hələ də araşdırır, lakin bunun müəyyənləşdirilməsi asan deyil. Valve izah edir ki, vəziyyəti çətinləşdirən əsas amillərdən biri SMS mesajlarının çatdırılma mexanizmidir. Bu mesajlar istifadəçinin telefonuna çatmazdan əvvəl şifrələnməmiş vəziyyətdə olur və bir neçə mobil operatorun şəbəkəsindən keçir.
Şirkət bildirib: “Bu hadisəyə görə şifrələrinizi və ya telefon nömrənizi dəyişməyə ehtiyac yoxdur. Ancaq bu, sizdən gəlməyən təhlükəsizlik bildirişlərinə ehtiyatla yanaşmalı olduğunuzu xatırladan yaxşı bir xəbərdarlıqdır”. Valve həmçinin tövsiyə edir ki, istifadəçilər bu link vasitəsilə Steam hesablarının təhlükəsizlik vəziyyətini mütəmadi olaraq yoxlasınlar və Steam Guard mobil autentifikatorunu aktivləşdirsinlər. Bu, hesabla bağlı qorunan bildirişlərin alınması üçün daha təhlükəsiz üsul təqdim edir.
Mənbə: Steam
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
89 milyon Steam istifadəçisinin məlumatları oğurlanmış ola bilər

89 milyon Steam istifadəçisinin məlumatları oğurlanmış ola bilər
MellolwOnline1 ləqəbli müstəqil jurnalist SteamSentinels adlı birliyi (Steam ekosistemində sui-istifadə və fırıldaqları izləyən icma) quraraq, milyonlarla Steam istifadəçisinin məlumatlarının sızması ehtimalı barədə xəbərdarlıq edib.
Məhkəmə iddiasına baxmayaraq Pegasus casus tətbiqi vasitəsilə Whatsapp istifadəçiləri izlənilib

Məhkəmə iddiasına baxmayaraq Pegasus casus tətbiqi vasitəsilə Whatsapp istifadəçiləri izlənilib
Məhkəmə, iOS və Android əsaslı cihazların sındırılması üçün Pegasus adlı casus proqram təminatını hazırlayan İsrail şirkəti NSO Group-u WhatsApp istifadəçilərinə qarşı hədəfli hücumlar həyata keçirdiyinə görə Meta şirkətinə 167 milyon dollardan çox təzminat ödəməyə məcbur edib.
Nissan Leaf hakerlərin əllərində əsl oyuncağa çevrilib (VİDEO)

Nissan Leaf hakerlərin əllərində əsl oyuncağa çevrilib (VİDEO)
Macarıstandan olan və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən PCAutomotive şirkəti Black Hat Asia 2025 konfransında 2020-ci il istehsalı olan Nissan LEAF elektromobilinə uzaqdan giriş imkanını nümayiş etdirən üsulu sərgiləyib.
Virus ilk dəfə birbaşa prosessora inteqrasiya edilib

Virus ilk dəfə birbaşa prosessora inteqrasiya edilib
Rapid7 şirkətindən kibertəhlükəsizlik üzrə tədqiqatçı Christiaan Beek birbaşa kompüterin mərkəzi prosessorunu (CPU) yoluxduran fidyə virusu nümunəsi yaradıb.
ABŞ dövlət strukturunda istifadə olunan TeleMessage tətbiqi kiberhücuma məruz qalıb

ABŞ dövlət strukturunda istifadə olunan TeleMessage tətbiqi kiberhücuma məruz qalıb
Naməlum haker Signal, Telegram və WhatsApp kimi mesajlaşma xidmətləri üçün qorunan əlavə tətbiq olan TeleMessage-daki bir zəiflikdən istifadə edərək, bu alətdən istifadə edən amerikalı vəzifəli şəxslər və şirkətlərlə bağlı yazışma tarixçəsini və digər məlumatları oğurlamağa nail olub.
Həftənin xəbərləri

