
Acer Predator Triton 14 AI gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.05.2025
Emil Nəcəfov
Acer şirkəti yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku Acer Predator Triton 14 AI adlanır. Bu noutbuk gamerlər ilə yanaşı həmçinin multimedia kontentlərinin yaradıcıları üçün də nəzərdə tutulub. Beləliklə Acer Predator Triton 14 AI noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 14.5 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 340 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir.

Bununla yanaşı ekran üzərinə xüsusi qoruyucu örtük yerləşdirilib. Bunun nəticəsində ekran üzərində barmaq izləri qalmır. Noutbuk Intel Core Ultra 9 288 V prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 5070 videokartını birləşdirir. Bununla yanaşı noutbuk 32 GB-a kimi DDR5 standartlı RAM və 2 TB-a kimi SSD ilə təchiz olunub. Cihazın batareya həcmi isə 76 vat-saat təşkil edir. Acer Predator Triton 14 AI-da təkmilləşdirilmiş soyutma sistemindən istifadə edilir.

Belə ki, bu noutbuk adi termopasta və ya maye metal əvəzinə Graphite Thermal Shield adlı qrafit plyonka əldə etmiş ilk noutbuklardan biri olub. Bu plyonka adi termopastalar ilə müqayisədə istiliyi daha effektiv şəkildə paylayır. Noutbuk USB Type-C (Thunderbolt 4), USB Type-C (USB 3.2 Gen 2), USB Type-A, HDMI 2.1 girişlərinə, microSD kart girişinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Noutbukun gövdə qalınlığı 17.31 mm, çəkisi isə 1.6 kq təşkil edir. Acer Predator Triton 14 AI iyul ayında satışa çıxacaq və onun qiyməti 2999 avrodan start götürəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Acer Nitro XV240 F6 gaming monitoru təqdim olunub - QİYMƏTİ

Acer Nitro XV240 F6 gaming monitoru təqdim olunub - QİYMƏTİ
Acer şirkəti Acer Predator XB323QK V4 ilə kifayətlənməyərək daha bir gaming monitorunu təqdim edib. Şirkətin ikinci yeni gaming monitoru Acer Nitro XV240 F6 adlanır.
Acer Predator XB323QK V4 gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer Predator XB323QK V4 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Acer şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Predator XB323QK V4 adlanır.
Acer Predator X32 X2 flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer Predator X32 X2 flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ
Acer şirkəti böyük ölçülü yeni flaqman gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Acer Predator X32 X2 adlanır.
Acer Predator X27U X1 gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer Predator X27U X1 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Acer şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Predator X27U X1 adlanır.
Acer Nitro Blaze 8 və Nitro Blaze 11 portativ oyun konsolları təqdim edilib - QİYMƏTİ

Acer Nitro Blaze 8 və Nitro Blaze 11 portativ oyun konsolları təqdim edilib - QİYMƏTİ
Acer şirkəti Nitro Blaze 8 və Nitro Blaze 11 adlı iki portativ oyun konsolunu təqdim edib.
Həftənin xəbərləri

