main-post-cover

    AOC 25G4K gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.08.2025
    Emil Nəcəfov
         AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC 25G4K adlanır. Beləliklə bu yeni monitor 420 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.5 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 92%-ni əhatə edir. Monitor özündə Adaptive-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC 25G4K artıq Çində satışa çıxıb və onun qiyməti 222$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli AOC U32V11N monitoru təqdim edilib - QİYMƏTİ
    orta-budceli-aoc-u32v11n-monitoru-teqdim-edilib-qiymeti
    Büdcəli AOC 24G51F gaming monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-aoc-24g51f-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC Agon Pro AG326UZD gaming monitoru təqdim edilib
    aoc-agon-pro-ag326uzd-gaming-monitoru-teqdim-edilib
    “Counter-Strike 2” həvəskarları üçün AOC AGON PRO CS24A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    counter-strike-2-heveskarlari-ucun-aoc-agon-pro-cs24a-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC CQ27G3ZE gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-cq27g3ze-gaming-monitoru-teqdim-edilib-qiymeti