main-post-cover

    AOC Q27G3H gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.04.2025
    Emil Nəcəfov
         AOC şirkəti yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin bu yeni gaming monitoru AOC Q27G3H adlanır. Beləliklə bu yeni monitor 200 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekran 10 bit-lik rəngləri dəstəkləyir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə Adaptive-SYNC AMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC Q27G3H artıq Çində satışa çıxıb və onun qiyməti 158$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    AOC AG276QSD gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-ag276qsd-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC Q27G40SE gaming monitoru təqdim edilib
    aoc-q27g40se-gaming-monitoru-teqdim-edilib
    AOC U27G4 gaming monitoru təqdim edilib
    aoc-u27g4-gaming-monitoru-teqdim-edilib
    Orta büdcəli AOC CQ27G4ZH gaming monitoru təqdim edilib - QİYMƏTİ
    orta-budceli-aoc-cq27g4zh-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC Q27G10E2 gaming monitoru təqdim edilib
    aoc-q27g10e2-gaming-monitoru-teqdim-edilib