main-post-cover

    Apple bu həftə yeni MacBook Air noutbuklarını təqdim edəcək

    Cihazlar+
    04.03.2025
    Emil Nəcəfov
         Bu həftə Apple-ın yenilənmiş MacBook Air modellərinin təqdimatı gözlənilir. Şirkətin CEO-su Tim Cook sosial şəbəkə X-də (əvvəlki Twitter) “There's something in the air” (“Havada nəsə var”) mesajı ilə qısa bir video yayımlayıb və “bu həftə” qeydi ilə paylaşım edib. Bu ifadə təkcə söz oyunu baxımından deyil, həm də 2008-ci ildəki orijinal MacBook Air reklam kampaniyasını xatırlatdığı üçün açıq bir işarədir. Bloomberg-in insayderi Mark Gurman-ın məlumatına görə, Apple M4 prosessoru ilə təchiz olunmuş yenilənmiş 13 15 düym ekranlı MacBook Air modellərini təqdim etməyi planlaşdırır.
         Yeni M4 prosessoru 10 nüvəli CPU və 10 nüvəli GPU-ya malikdir və əvvəlki nəsillə müqayisədə performansı 25%-ə qədər yüksəkdir. Gözlənilir ki, yeni MacBook Air modellərində minimal RAM yaddaşı 8 GB-dan 16 GB-a artırılacaq və 32 GB-a qədər genişləndirmək imkanı olacaq. Bundan əlavə, ön kameranın keyfiyyətinin 12 MP-ə kimi yüksəldiləcəyi və Center Stage funksiyasının dəstəklənəcəyi gözlənilir.
    View post on X
         Bu funksiya videozənglər zamanı istifadəçini avtomatik olaraq kadrın mərkəzində saxlayır. Yeni MacBook Air modellərinin xarici dizaynında isə ciddi dəyişikliklərin olmayacağı ehtimal edilir, çünki bu seriyanın son böyük dizayn yeniləməsi 2022-ci ildə həyata keçirilib. Beləliklə, Apple MacBook Air seriyasını təkmilləşdirməyə davam edir və istifadəçilərə daha yüksək performans və genişləndirilmiş funksionallıq təqdim etməyi hədəfləyir.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Siri-yə süni zəkanın inteqrasiyasında problemlərlə qarşılaşıb
    apple-siri-ye-suni-zekanin-inteqrasiyasinda-problemlerle-qarsilasib
    Yeni fotolar iPhone 17 Pro modellərindəki dizayn dəyişikliyini əks etdirirlər
    yeni-fotolar-iphone-17-pro-modellerindeki-dizayn-deyisikliyini-eks-etdirirler
    iPhone 16e-nin batareya həcmi müəyyən edilib
    iphone-16e-nin-batareya-hecmi-mueyyen-edilib
    Hakerlər Apple Find My-dakı boşluq vasitəsilə Bluetooth cihazlarını izləyə bilirlər
    hakerler-apple-find-my-daki-bosluq-vasitesile-bluetooth-cihazlarini-izleye-bilirler
    Apple 2026-cı ildə iki yeni iPhone modelini təqdim edə bilər
    apple-2026-ci-ilde-iki-yeni-iphone-modelini-teqdim-ede-biler