
Apple-dan yaxın gələcəkdə qatlana bilən iPhone, ağıllı eynək və hətta ev robotu gözlənilir
Cihazlar+
12.05.2025
Emil Nəcəfov
2027-ci il Apple üçün ən əlamətdar illərdən biri ola bilər. Şirkət bir neçə tamamilə yeni məhsul təqdim etməyi planlaşdırır. Bunların arasında uzun müddətdir gözlənilən qatlana bilən iPhone, ilk Apple Glass ağıllı eynəyi və hətta ev robotu da var. Əsas hadisə isə Apple-ın ilk qatlana bilən smartfonu olan iPhone Fold-un təqdimatı olacaq. Məşhur insayder Mark Gurman-ın verdiyi məlumata görə, bu cihazda qatlanma izinin olmadığı ekrandan istifadə ediləcək ki, bu da bu tip cihazların əsas problemini aradan qaldıracaq. Daxili ekranın ölçüsü 7.8 düym, xarici ekranın ölçüsü isə 5.5 düym olacaq. Cihazın qiymətinin təxminən 2300$ aralığında olacağı bildirilir.

Bundan əlavə, iPhone X-in 10 illik yubileyi münasibətilə ekranaltı kameraya və yeni dizayna malik demək olar ki, tamamilə şüşədən ibarət iPhone modeli də təqdim olunacaq. Daha bir vacib məhsul isə Apple Glass ağıllı eynəyi olacaq. Bu eynək kameralar, audio sistem və səsli köməkçi dəstəyi ilə təchiz ediləcək. Onun 2026-cı ilin sonundan tez satışa çıxarılması gözlənilmir və dizayn baxımından Meta Ray-Ban eynəklərinə bənzəyəcək. Lakin Apple Vision Pro-dan fərqli olaraq, bu, daha sadə və gündəlik istifadə üçün nəzərdə tutulmuş versiya olacaq. Gurman-ın sözlərinə görə, cihaz Apple Intelligence funksiyasına sahib olacaq.

Bu funksiya kameralar vasitəsilə ətraf mühiti analiz edə biləcək və istifadəçinin suallarına cavab verəcək. Bundan əlavə, məlum olub ki, Apple komponentlərin kiçildilməsi üzərində aktiv şəkildə çalışır və bu eynək üçün xüsusi çip təqdim etməyi planlaşdırır. Siri səsli köməkçisini də böyük dəyişikliklər gözləyir. Apple bu layihənin inkişafını əvvəllər Vision Pro üzərində çalışmış komandaya həvalə edəcək və ChatGPT səviyyəsində böyük dil modellərini Siri-yə inteqrasiya edəcək. Bu, köməkçinin daha inkişaf etmiş olmasına və detallı cavablar verməsinə imkan yaradacaq.

Şirkət həmçinin bulud sistemində süni zəka hesablamalarını sürətləndirmək üçün yeni server prosessorları hazırlayır. Lakin ən gözlənilməz yenilik ev robotu ola bilər. Bu robot istifadəçi ilə mexaniki qol vasitəsilə qarşılıqlı əlaqə qura biləcək. Doğrudur, layihə hələ erkən mərhələdədir və 2027-ci ildə təqdim olunması çox da real görünmür. Üstəlik, Mark Gurman-ın vurğuladığı kimi, Apple bu cür iddialı planlarına baxmayaraq, bəzi layihələri təxirə sala və ya ləğv edə bilər. Məsələn, milyardlarla imvestisiya qoyulmasına baxmayaraq Apple Car avtomobil layihəsi dayandırılmışdı. Bununla belə gər planlaşdırılanların heç olmasa yarısı vaxtında təqdim olunarsa, bu, texnologiya dünyasını ciddi şəkildə dəyişə bilər.
Mənbə: Apple Insider
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Safari-yə süni zəka əsaslı axtarışı əlavə edəcək

Apple Safari-yə süni zəka əsaslı axtarışı əlavə edəcək
Apple şirkəti iPhone, iPad və Mac üçün Safari brauzerinə Perplexity və Anthropic kimi üçüncü tərəf tərtibatçılara məxsus süni zəka əsaslı axtarış xidmətlərinin dəstəyini əlavə etməyi planlaşdırır.
Qatlana bilən iPhone iki özəlliyi ilə seçiləcək

Qatlana bilən iPhone iki özəlliyi ilə seçiləcək
2026-cı ildə ilk qatlana bilən iPhone modelinin təqdim olunacağı gözlənilir. Aydındır ki, Apple bu cihazın hazırlanmasına məsuliyyətlə yanaşır və bu sahədə bazar lideri olmağı planlaşdırır.
Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək

Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək
ABŞ-da rəqəmsal məzmun üzrə iri platformalar, o cümlədən Apple və Google üçün oyunun qaydalarını dəyişə biləcək qanun layihəsi müzakirəyə təqdim olunub. Sənədə əsasən, tətbiq mağazalarının böyük operatorları istifadəçilərə üçüncü tərəf mağazalarını quraşdırmağa və onları əsas mağaza kimi istifadə etməyə icazə verməlidirlər.
Apple-ın rüsum xərcləri səbəbilə iPhone-ların qiymətləri artacaq

Apple-ın rüsum xərcləri səbəbilə iPhone-ların qiymətləri artacaq
Apple-ın son gəlir hesabatı göstərir ki, şirkət hələlik məhsullarının qiymətini artırmadan əlavə tarif xərclərini özü qarşılayır. Lakin ekspertlər düşünürlər ki, bu vəziyyət uzun çəkməyəcək, çünki Apple rentabelliyini qorumağa xüsusi önəm verir.
Apple artıq iPhone 17 Air-in böyük ekranlı davamçısı üzərində çalışır

Apple artıq iPhone 17 Air-in böyük ekranlı davamçısı üzərində çalışır
Apple-ın bu ilki ən parlaq smartfonu iPhone 17 Air olacağı vəd edilir - bu model seriyada rekord dərəcədə nazik, cəmi 5.5 mm qalınlığa malik gövdə ilə təqdim olunmalıdır.
Həftənin xəbərləri

