main-post-cover

    Apple ilk qatlana bilən cihazı üzərində artıq çalışır

    Cihazlar+
    02.02.2024
    Emil Nəcəfov
         Koreyanın The Elec saytının vermiş olduğu məlumata əsasən Apple hal-hazırda öz ilk qatlana bilən cihazı üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkət öz ilk qatlana bilən cihazını iPad mini planşetinin əvəzləyicisi kimi satışa çıxartmağı planlaşdırır. Çox güman ki, cihaz ya 7 ya da 8 düym ekranla təchiz olunacaq. Lakin ekranın OLED, AMOLED və ya başqa hansı növ ekran olacağı bilinmir. Bununla belə məlumata əsasən Samsung ilə LG sözügedən qatlana bilən cihaz üçün nəzərdə tutulmuş ekranlarının nümunələrini Apple şirkətinə artıq göndəriblər. Təəssüflər olsun ki, Apple şirkətinin ilk qatlana bilən cihazı barəsində digər bir məlumat yoxdur. Onun 2026 və ya 2027-ci ildə təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qualcomm iPhone-lar üçün 5G modem mövzusunda Apple ilə müqaviləsini uzadıb
    qualcomm-iphone-lar-ucun-5g-modem-movzusunda-apple-ile-muqavilesini-uzadib
    Alıcılar iPhone Pro-lardan daha çox adi iPhone modellərinə üstünlük verməyə başlayıblar
    alicilar-iphone-pro-lardan-daha-cox-adi-iphone-modellerine-ustunluk-vermeye-baslayiblar
    Apple Vision Pro-nun xarici batareyasının özəllikləri məlum olub
    apple-vision-pro-nun-xarici-batareyasinin-ozellikleri-melum-olub
    Apple qərarından dönmür: VisionPro-da Lightning başlıqdan istifadə olunub!
    apple-qerarindan-donmur-visionpro-da-lightning-basliqdan-istifade-olunub
    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonlarının dizaynlarında ciddi dəyişiklik olmayacaq
    iphone-16-pro-ve-iphone-16-pro-max-smartfonlarinin-dizaynlarinda-ciddi-deyisiklik-olmayacaq