main-post-cover

    Apple iPhone üçün AR/VR aksesuarın patentinə sahibdir

    Cihazlar+
    23.10.2024
    Emil Nəcəfov
         Apple şirkəti AR VR cihazlarla bağlı yüzlərlə patenti qeydiyyatdan keçirir. Məlum olub ki, Apple sahib olduğu patentlərdən birini artıq bir neçə ildir ki, yeniləyir. Şirkətin daimi şəkildə yenilədiyi patent Vision Pro-nun büdcəli versiyasının necə ola biləcəyini əks etdirir. Apple bu patenti hələ 2010-cu ildə qeydiyyatdan keçirib. Lakin 2020-ci ildən 2023-cü ilə kimi patent daimi olaraq yenilənib. Patent bir aksesuarı əhatə edir. Patentdəki aksesuar Android cihazlar üçün nəzərdə tutulmuş büdcəli AR/VR cihazları xatırladır.
         Sadəcə olaraq fərq ondadır ki, patentdəki aksesuar ekranlara sahib deyil. Onun ekranları rolunda cihazın ön hissəsinə taxıla bilən iPhone çıxış edir. Patentdə əks olunmuş məlumata əsasən sözügedən ekrana qoşulandan sonra smartfonun funksionallığı genişlənə bilər. Patentdə təfərrüatlar qeyd edilməsə də çox güman ki, söhbət, AR cihazlar üçün nəzərdə tutulmuş xüsusi interfeysdən gedir. Patentə əsasən bu cür cihazdan istifadə üçün xüsusi idarəetmə cihazı nəzərdə tutulub. Bu aksesuar barəsində ətraflı məlumat yoxdur. O hələ də patent şəklində qalıb. Şirkətin bu cür aksesuarı nəticədə istehsal edib-etməyəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple CEO-dan süni intellekt açıqlaması: "Biz birinci olmaq niyyətində deyilik"!
    apple-ceo-dan-suni-intellekt-aciqlamasi-biz-birinci-olmaq-niyyetinde-deyilik
    Apple-dan şok etiraf: “Rəqiblərimizdən 2 il geridəyik!”.
    apple-dan-sok-etiraf-reqiblerimizden-2-il-gerideyik
    Gələn il üçün gözlənilən iPhone 17 Air barəsində yeni məlumatlar verilib
    gelen-il-ucun-gozlenilen-iphone-17-air-baresinde-yeni-melumatlar-verilib
    iPad mini 7-nin performansı iPhone 15 Pro Max-ın performansı ilə müqayisə edilib
    ipad-mini-7-nin-performansi-iphone-15-pro-max-in-performansi-ile-muqayise-edilib
    11-ci nəsil adi iPad planşetini bu il gözləmək lazım deyil
    11-ci-nesil-adi-ipad-plansetini-bu-il-gozlemek-lazim-deyil