Apple iPhone üçün ekranın alt hissəsinə yerləşdirilən smart kamera üzərində çalışır
Cihazlar+
27.12.2023
Emil Nəcəfov
Apple şirkətinin yeni patent sorğusu ortaya çıxıb. Şirkət bu dəfə ekranın alt hissəsinə yerləşdirilən smart kamera texnologiyasını patentləşdirib. Şirkət daha öncə ekranın alt hissəsinə yerləşdirilən kamera ilə Face ID texnologiyasının patentlərini qeydiyyatdan keçirtmək sorğusunu göndərmişdi. Lakin yeni patent sənədlərində bu yeni texnologiyanın çalışma prinsipi barəsində məlumatlar əks olunub.
Məlumata əsasən ekranın alt hissəsinə yerləşdirilmiş ön kameraya sahib smartfon ön kamera vasitəsilə əldə edilmiş fotoları analiz edəcək və fotolardakı səhnələrdən asılı olaraq onlara müxtəlif rəqəmsal filtrləri tətbiq edəcək. Bunun sayəsində portret və digər növ fotoların keyfiyyətlərini yaxşılaşdırmaq mümkün olacaq. Patent sənədlərinə əsasən ekranın alt hisssinə yerləşdirilmiş Face ID texnologiyası sadə şəkildə çalışmalıdır. Belə ki, istifadəçi üzünün skan prosesi zamanı ekran sönəcək və bir anlıq Dynamic Island hissə işıqlanacaq. Ekran üzərində heç bir çıxıntıya sahib olmayan iPhone-nun 2027-ci ildə təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İstifadəçilərdən birinin iPhone 15 Pro Max smartfonunda USB-C naqili şarj prosesində yanıb
İstifadəçilərdən birinin iPhone 15 Pro Max smartfonunda USB-C naqili şarj prosesində yanıb
NoisilyMarvellous ləqəbli istifadəçinin vermiş olduğu məlumata əsasən onun iPhone 15 Pro Max smartfonu şarj prosesində olarkən şarjda istifadə edilmiş USB-C naqili tamamilə yanıb.
Apple öz smartfonlarında böyük dil modellərinin işə salınması üsulu üzərində çalışır
Apple öz smartfonlarında böyük dil modellərinin işə salınması üsulu üzərində çalışır
Böyük dil modelləri böyük həcmdə yaddaş və hesablama resurslarını tələb edirlər. Buna görə də onları mobil cihazlarda işə salmaq qəlizdir.
Apple Vision Pro üçün nəzərdə tutulmuş aksesuarlardan birinin fotosu təqdim edilib
Apple Vision Pro üçün nəzərdə tutulmuş aksesuarlardan birinin fotosu təqdim edilib
İyun ayında keçirilmiş WWDC 2023 konfransı çərçivəsində Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı təqdim olunan zaman onun üçün müxtəlif aksesuarların satışa çıxacağı bəlli idi.
Apple öz süni zəka sisteminin təlimatlandırılması mövzusunda KİV ilə əməkdaşlıq etmək niyyətindədir
Apple öz süni zəka sisteminin təlimatlandırılması mövzusunda KİV ilə əməkdaşlıq etmək niyyətindədir
Apple böyük nəşriyyatlar və kütləvi informasiya vasitələri ilə danışıqlar aparır. Belə ki, şirkət onların kontentlərini öz generativ süni zəka sisteminin təlimatlandırılmasında istifadə etmək istəyir.
Bütün iPhone 16 modelləri eyni prosessora sahib ola bilərlər
Bütün iPhone 16 modelləri eyni prosessora sahib ola bilərlər
Macrumors saytının əməkdaşları gələn il təqdim ediləcək iOS 18 əməliyyat sisteminin erkən kodunu əldə ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!