Apple qatlana bilən smartfonunun hazırlanma tempini sürətləndirib
Cihazlar+
14.10.2024
Emil Nəcəfov
Qatlana bilən smartfonlar bazarının sürətli inkişafına baxmayaraq Apple şirkəti hələ bu bazara daxil olmayıb. Lakin ortaya çıxmış yeni məlumata əsasən sözügedən bazarın sürətli inkişafını nəzərə alaraq şirkət öz ilk qatlana bilən smartfonunun hazırlanma tempini sürətləndirib. Məlumatda qeyd edilib ki, Apple öz ilk qatlana bilən smartfonu üçün nəzərdə tutulmuş müxtəlif komponentlərin təmin olunması istiqamətində Tayvandakı partnyorları ilə aktiv şəkildə qarşılıqlı əlaqədədir. Gözləntilərə əsasən komponentlərin kütləvi istehsalına bu ilin sonunda start veriləcək.
Son məlumatlara əsasən Apple ilk əvvəl ilk qatlana bilən smartfonunu 2026-cı ildə satışa çıxartmağa planlaşdırırdı. Lakin Samsung və Huawei kimi şirkətlərin bu bazarda olduqca məşhur məhsullar təqdim etdiklərini gördükdən sonra Apple ilk qatlana bilən smartfonunun təqdimatını 2025-ci ilə keçirib. Yəni qatlana bilən iPhone artıq gələn il təqdim oluna bilər. Məlumata əsasən Apple bu il komponentlərin test edilməsi ilə məşğul olur. Bəzi mənbələrin sözlərinə əsasən şirkət qatlana bilən smartfonunun dizaynı mövzusunda olduqca irəliləyib və öz partnyorları ilə artıq hazır cihazın kütləvi istehsalı mövzusunu müzakirə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Vision Pro-nun büdcəli versiyasının nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb
Apple Vision Pro-nun büdcəli versiyasının nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb
Apple şirkəti Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR) cihazını bu ilin fevral ayının əvvəlində satışa çıxartdı. Daha sonra isə məlumat ortaya çıxdı ki, şirkət bu cihazın daha aşağı qiymətli versiyası üzərində çalışır.
Növbəti iPhone SE-nin keysinin fotosu təqdim edilib
Növbəti iPhone SE-nin keysinin fotosu təqdim edilib
Apple şirkəti gələn ilin birinci yarısında növbəti iPhone SE smartfonunu təqdim etməlidir.
Apple-ın Çindəki fabriki blokadaya alınıb!
Apple-ın Çindəki fabriki blokadaya alınıb!
Smartfon dünyasının ən böyük adı olan Apple, iPhone istehsalının böyük bir hissəsini Çində həyata keçirir. Ancaq xüsusilə Çin və Tayvan arasındakı gərgin vəziyyət, böyük şirkətlərin fəaliyyət sahələrinə də mənfi təsir edir.
Apple AirTag 2 axtarış trekerinin mümkün təqdimat müddəti açıqlanıb
Apple AirTag 2 axtarış trekerinin mümkün təqdimat müddəti açıqlanıb
Apple şirkəti birinci nəsil AirTag axtarış trekerini 2021-ci ildə təqdim etmişdi. Həmin vaxtdan şirkət bu məhsulunu yeniləməyib.
Bir istifadəçi iPhone 16 Pro-nun arxa hissəsini tamamilə şəffaf bir hala gətirməyi bacarıb! (VİDEO)
Bir istifadəçi iPhone 16 Pro-nun arxa hissəsini tamamilə şəffaf bir hala gətirməyi bacarıb! (VİDEO)
Phone Repair Guru adlı bir YouTuber qalliumdan istifadə edərək iPhone 16 Pro-nı şəffaf bir hala gətirməyi bacarıb. Bu yolla telefonun daxili komponentləri üzə çıxaraq ona daha estetik bir görünüş verib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!