main-post-cover

    Apple Watch üçün nəzərdə tutulmuş kiçik ölçülü fənər patentləşdirilib

    Cihazlar+
    11.12.2023
    Emil Nəcəfov
         Apple şirkəti yeni məhsullarının və ya artıq mövcud məhsulları üçün nəzərdə tutulmuş texnologiyaları patentləşdirməyə davam edir. Bu dəfə şirkət smart saat kəmərinə bərkidilən və ya smart saatın özünün bir hissəsi ola biləcək kiçik ölçülü fənəri patentləşdirib. Patent sənədlərinə əsasən bu cür fənər öz daxilində smart saatın enerji səviyyəsinə heç bir təsir göstərməyəcək fərdi batareyaya sahib olmalıdır. Lakin bununla belə fənəri smart saat vasitəsilə idarə etmək mümkün olacaq. Bununla yanaşı patent sənədlərində qeyd edilib ki, fənərin gövdəsi su keçirtməz olacaq. Bu cür fənərin ayrıca satışa çıxacağı və ya növbəti Apple Watch modelinin komplektində olacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16-da tamamilə yeni mikrofon istifadə ediləcək
    iphone-16-da-tamamile-yeni-mikrofon-istifade-edilecek
    11-ci nəsil adi iPad modeli nə zaman təqdim olunacaq?
    11-ci-nesil-adi-ipad-modeli-ne-zaman-teqdim-olunacaq
    iPhone 16 Pro arxa paneldən fərqli işıqlandırma sisteminə sahib ola bilər
    iphone-16-pro-arxa-panelden-ferqli-isiqlandirma-sistemine-sahib-ola-biler
    Növbəti iPhone SE-nin hansı həcmdə batareyanı əldə edəcəyi açıqlanıb
    novbeti-iphone-se-nin-hansi-hecmde-batareyani-elde-edeceyi-aciqlanib
    Çıxıntısız ekrana sahib iPhone nə zaman təqdim olunacaq?
    cixintisiz-ekrana-sahib-iphone-ne-zaman-teqdim-olunacaq