main-post-cover

    Büdcəli REDMI A5 4G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.03.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi REDMI A5 4G adlı yeni büdcəli smartfonunu təqdim edib. REDMI-nin bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, Unisoc prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI A5 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640x720 piksel keyfiyyətli 6.88 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Üstəlik bu smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. REDMI A5 4G smartfonu 12 nanometrlik Unisoc T7250 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 32 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə cihaz 15 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI A5 4G-in əməliyyat sistemi qismində isə Android 15 Go çıxış edir. REDMI A5 4G artıq satışa çıxıb və onun qiyməti 72$ təşkil edir.
    Mənbə: Gizmochina
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
    poco-f7-pro-ve-f7-ultra-flaqman-smartfonlari-teqdim-edilib-qiymeti
    REDMI G27Q 240 Hz gaming monitoru təqdim edilib - QİYMƏTİ
    redmi-g27q-240-hz-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi YU7 krossoverinin yeni rəsmi fotoları təqdim edilib
    xiaomi-yu7-krossoverinin-yeni-resmi-fotolari-teqdim-edilib
    Xiaomi keçən il Ford və General Motors-dan daha çox elektromobil satıb
    xiaomi-kecen-il-ford-ve-general-motors-dan-daha-cox-elektromobil-satib
    POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
    poco-f7-pro-ve-f7-ultra-nin-render-fotolari-ortaya-cixib