Büdcəli Samsung Galaxy M05-in press-render fotoları və texniki imkanları təqdim edilib
Cihazlar+
11.09.2024
Emil Nəcəfov
Samsung yaxın zamanda Galaxy M05 adlı yeni büdcəli smartfonunu təqdim etməlidir. Amazon-un Hindistan üzrə şöbəsi isə öz növbəsində sözügedən yeni smartfonun press-render fotolarını və texniki imkanlarını bölüşüb. Beləliklə fotolardan da görmək olar ki, Galaxy M05 smartfonu yastı ekran dizaynını əldə edəcək və onun arxa panelində iki ədəd kamera yerləşəcək. Ekran üzərində isə damcı formalı çıxıntı olacaq.
Məlumatda qeyd edilib ki, bu yeni büdcəli smartfon 1600x720 piksel keyfiyyətli 6.7 düym ölçülü IPS ekranla təchiz olunacaq və MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 4 GB RAM ilə 64 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edəcək. Batareyaya gəldikdə isə Galaxy M05 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung cihazlarının istifadəçiləri yaxın zamanda bir mövzuda məhdudiyyət ilə qarşılaşacaqlar
Samsung cihazlarının istifadəçiləri yaxın zamanda bir mövzuda məhdudiyyət ilə qarşılaşacaqlar
İndiyənə kimi Galaxy smartfon və planşetlərinin istifadəçiləri Samsung hesabı yaratmadan öz cihazlarından rahat şəkildə istifadə edə bilirdilər. Lakin görünür, Samsung bu vəziyyəti dəyişmək qərarına gəlib.
Samsung Galaxy M55s 5G smartfonunun ilk render fotosu təqdim edilib
Samsung Galaxy M55s 5G smartfonunun ilk render fotosu təqdim edilib
Samsung şirkəti Galaxy M55s 5G adlı yeni orta büdcəli smartfonunun təqdimatına hazırlaşır. İndi isə Smartprix saytı sözügedən yeni smartfonun ilk render fotosunu və texniki imkanlarını təqdim edib.
Məşhur insayder Galaxy S25 Ultra-nın render fotolarını təqdim edib
Məşhur insayder Galaxy S25 Ultra-nın render fotolarını təqdim edib
OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 Ultra-nın render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolar sözügedən smartfonun CAD faylları əsasında hazırlanıb.
iPhone 16, Galaxy S24 və Xiaomi 14: Hansı kompakt model daha yaxşıdır?
iPhone 16, Galaxy S24 və Xiaomi 14: Hansı kompakt model daha yaxşıdır?
Apple, iPhone 16 seriyasını təqdim etdikdən sonra bütün diqqətlər seriyanın əsas modeli olan iPhone 16-nın üzərinə çevrildi. Bəs kompakt modellər arasında ən yaxşı seçim hansıdır?
Samsung Galaxy S24 FE-nin 3 gövdə rəngində yeni render fotoları təqdim edilib
Samsung Galaxy S24 FE-nin 3 gövdə rəngində yeni render fotoları təqdim edilib
Samsung şirkəti artıq yaxın zamanda Galaxy S24 FE smartfonunu təqdim etməlidir. İndi isə Android Headlines saytı sözügedən smartfonun müxtəlif gövdə rənglərində yeni render fotolarını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!